27.10.2014 [13:55] - Gündəm, Siyasət
Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehydiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyində maraq doğuran çıxış edib.
Çıxış tənqid, özünütənqid üzərində qurulub və ölkədəki köklü problemlərdən danışılır. Cənab Mehdiyevin bqxışları elmi-siyasi baxımdan maraqlı olsa da, nəticələri doğuran səbəblər və çıxış yolları barədə danışılmır.
Administrasiya rəhbəri həm də problemlərin həlli yolları barədə hökumətə deyil, auditoriyaya suallar ünvanlayır və siyasi sistemin səhvlərindən deyil, yenə də uğurundan danışır.
Bir də cənab Mehdiyev Sovet idarəçilik sisteminin üstünlüklərini qabartsa da, ideoloji sistemin kadr seçimində və idarəetmədə yaratdığı faciələrdən yan keçir.
Çıxışı qısa ixtisarlarla diqqətinizə çatdırırıq.
Bu gün dünyada mövcud olan göstəricilərlə müqayisədə bunlar kifayət qədər uğurlu rəqəmlərdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində aparılan islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Prezidentin bu ilin doqquz ayının yekunlarına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, respublikada bu müddət ərzində ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektorunda isə 6 faiz səviyyəsində artıb. Bu gün dünyada mövcud olan göstəricilərlə müqayisədə bunlar kifayət qədər uğurlu rəqəmlərdir.
İlin əvvəlindən ölkə iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulub. Bu müddət ərzində maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb. Hazırda bizim 53 milyard dollardan çox valyuta ehtiyatımız var.
2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılıb. Bu da imkan verib ki, işsizlik kəskin şəkildə aşağı düşərək 5 faiz səviyyəsinədək ensin.
Ümumi daxili məhsulumuzda qeyri-neft sektoru artıq 55 faizdən çoxdur, lakin ixrac potensialımızın böyük əksəriyyəti hələ də neft-qazla bağlıdır.
Son on il ərzində 3 minə yaxın məktəb binası tikilərək istifadəyə verilib. Axırıncı iki-üç ildə uşaq bağçaları ilə təminat 17 faizdən 42 faizə yüksəlib.
Yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni Administrasiya rəhbəri kimi heç cür qane etmir.
... Lakin açıq etiraf etmək lazımdır ki, həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər. Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni Administrasiya rəhbəri kimi heç cür qane etmir.
Mənim yaxşı yadımdadır ki, sovet dövründə siz nadir tədqiqat mərkəzlərindən biri idiniz. Burada həm ciddi elmi araşdırmalar aparılır, həm də Mərkəzi Komitənin sifarişi ilə vaxtaşırı müvafiq sanballı analitik materiallar hazırlanırdı. Yəni, siz daim respublika rəhbərliyinə həm elmi cəhətdən, həm də idarəetməni daha düzgün təşkil etmək üçün kifayət qədər kömək və yardım göstərməyə qadir idiniz.
Lakin sonrakı mərhələlərdə məzunların dövlət qulluğuna cəlb olunması prosesi heç də nəzarət altında deyil.
Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün yuxarıda göstərilən bütün sahələrdə Akademiyanın işi heç də ürəkaçan deyil. Gənclər arasında Akademiya öz reytinqinə görə ən populyar ali məktəblərdən biridir. Buraya kifayət qədər yüksək bal toplayan və hətta Prezident təqaüdünə layiq görülən tələbələr daxil olurlar. Bu, ilk növbədə onu göstərir ki, burada tədris prosesi düzgün qurulub və sağlam ab-hava mövcuddur. Bu, sevindirici haldır. Lakin sonrakı mərhələlərdə məzunların dövlət qulluğuna cəlb olunması prosesi heç də nəzarət altında deyil. Onlar ya dövlət qulluğuna qəbul olunmaq üçün komissiyaya müraciət etmirlər, ya da ki, uğurla imtahan verib dövlət qulluğuna qəbul edilənlər sırasında geniş təmsil olunmurlar.
Axı, dövlət dedikdə biz, ilk növbədə, dövlət təsisatlarını və məmurları nəzərdə tuturuq. Write Your Quote Here ...
Məlumdur ki, qloballaşma dövründə milli dövlət anlayışı özü-özlüyündə ciddi transformasiyalara məruz qalır. Axı, dövlət dedikdə biz, ilk növbədə, dövlət təsisatlarını və məmurları nəzərdə tuturuq. İndiki dövrdə insan kapitalının, mədəni kapitalın və ümumən insan inkişafına qoyulan sərmayənin əhəmiyyəti kəskin surətdə artır. Bu, cəmiyyətin bütün üzvlərinə aid olsa da, mən xüsusi olaraq diqqəti məhz məmur şəxsiyyətinə yönəltmək istərdim.
Yenə meydana çıxan çoxsaylı sualların mahiyyəti ondan ibarətdir ki, müasir məmurun məlumatlanması və ixtisaslaşması hansı meyarlar əsasında müəyyənləşməlidir?
Məlumdur ki, hər bir məmur müəyyən təhsil alır və bununla yanaşı o, ömür boyu təhsilini artırmalıdır. Fəaliyyəti üçün zəruri olan məlumat və bilikləri o, ya müstəqil şəkildə, ya da sizin Akademiyanın imkanlarından faydalanaraq əldə edə bilir. Yenə meydana çıxan çoxsaylı sualların mahiyyəti ondan ibarətdir ki, müasir məmurun məlumatlanması və ixtisaslaşması hansı meyarlar əsasında müəyyənləşməlidir?
Biz tez-tez sovet dövrümüzü xatırlayırıq.
Biz tez-tez sovet dövrümüzü xatırlayırıq. Sözsüz ki, sovet dövründə bizim kifayət qədər nailiyyətlərimiz və uğurlarımız olub. Dövlətin totalitar olmasına baxmayaraq, burada ideoloji buxovlarla yanaşı, insanların sosial müdafiəsi və maarifləndirilməsi, mədəniyyət proseslərinə cəlb olunması və digər məsələlər özünün kifayət qədər düzgün həllini tapmışdı. O dövlət artıq tarixə qovuşubdur. Lakin insanlarla söhbət zamanı görürük ki, onların çoxu hələ də cəmiyyət, sosial ədalət, iqtisadi problemlər və digər məsələlərlə bağlı düşünərkən sırf marksist-leninçi nəzəriyyəyə xas platformadan çıxış edir. Bizim məmurlar da bu baxımdan heç də istisna təşkil etmirlər.
Çox yaxşı yadımdadır ki, vaxtilə Mərkəzi Komitədə təbliğat və təşviqat şöbəsi respublikada çıxan bütün qəzet və jurnalları oxuyub təhlil edirdi. Bir anlığa təsəvvür edin ki, kimsə bu gün mövcud informasiya axınını təhlil etmək istəyir.
Qloballaşma ilə bağlı çox vaxt deyirlər ki, dünyanın müxtəlif guşələri arasında o qədər sıx informasiya mübadiləsi var ki, elə bil biz hamımız qlobal bir kəndin sakinləriyik. Digər tərəfdən, bizim milli dövlətimiz, milli iqtisadiyyatımız və milli mədəniyyətimiz mövcuddur və qloballaşma ilə bağlı gedən proseslər bizi narahat etməyə bilməz.
Çox yaxşı yadımdadır ki, vaxtilə Mərkəzi Komitədə təbliğat və təşviqat şöbəsi respublikada çıxan bütün qəzet və jurnalları oxuyub təhlil edirdi. Bir anlığa təsəvvür edin ki, kimsə bu gün mövcud informasiya axınını təhlil etmək istəyir. Yeni texnologiyalar və innovasiyalar tamamilə yeni bir məkan və ünsiyyət vasitələri yaradıb. Əfsuslar olsun ki, nə bu şəbəkələrin, nə internetin özünün insan psixologiyasına və həyatına təsiri araşdırılmır. Bu gün gənclər həyatlarının, demək olar, çox hissəsini məhz virtual məkanda keçirirlər. Aydındır ki, kimsə nə bu prosesin qarşısını ala, nə də ona müdaxilə edə bilir. Amma bu proseslər ən azı təhlil olunmalıdır.
Araşdırma bacarığından və sanballı təhsildən uzaq olan bir gənc isə doğru ilə yanlış informasiyanı, əlbəttə, bir-birindən ayıra bilməyəcək.
Beynəlxalq Humanitar Forumun iştirakçısı olan Nobel mükafatı laureatlarından biri internetlə bağlı belə bir ciddi narahatlığını bildirdi. Onun fikrincə, bu gün internetdə mövcud informasiyaların böyük qismi sadəcə olaraq yanlış məlumatlardır. Araşdırma bacarığından və sanballı təhsildən uzaq olan bir gənc isə doğru ilə yanlış informasiyanı, əlbəttə, bir-birindən ayıra bilməyəcək. İnternet məkanı ilə bağlı kifayət qədər dərin, fəlsəfi, etik və metodoloji problemlər var. Təəssüf ki, onlar ənənəvi tədqiqatlarla məşğul olan alimlərimizin diqqətindən kənarda qalıb. Akademiya da bu problemlərdən kənarda qalıb.
Bütün bunlar barədə bizim çox səthi məlumatımız var.
Bu gün Azərbaycanda əhalinin artımı müşahidə olunur və bu, sevindirici haldır. Lakin indi orta statistik Azərbaycan ailəsinin strukturu, onun tələbatı necə ödənilir, iqtisadiyyatda rolu, ailədə vəzifələrin bölünməsi necə aparılır? Bütün bunlar barədə bizim çox səthi məlumatımız var.
Sosioloji sorğular, demək olar ki, keçirilmir.
Sosioloji sorğular, demək olar ki, keçirilmir. Cəmiyyətdə cərəyan edən müxtəlif proseslər alimlərin diqqətindən yayınır. Halbuki gözəl məlumdur ki, idarəetmə obyekti barədə kifayət qədər məlumat olmadan idarəetmənin özünün təşkili çox mürəkkəb məsələyə çevrilir.
Bütün bunlarla yanaşı, diqqətinizi ona yönəltmək istərdim ki, biz məktəbin maddi-texniki bazasını nə qədər yaxşılaşdırsaq da, onun yekun məhsulu savadlı və bacarıqlı şagirddir.
Biz böyük qürur hissi ilə daim qeyd edirik ki, XX əsrin ortalarından etibarən Azərbaycanda savadsızlıq ləğv olunub. Həqiqətən, qısa müddət ərzində respublikamızda orta məktəblər, universitetlər, texnikumlar, texniki-peşə məktəbləri şəbəkəsi qurulub fəaliyyət göstərirdi. Bu gün bu fəaliyyətin daha səmərəli təşkil olunmasına həm dövlət, həm də qeyri-hökumət təşkilatları diqqət yetirir. Hamımıza bu rəqəmlər məlumdur. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb!” layihəsi böyük uğurla reallaşdırılır.
Bu gün isə biz müstəqil şəkildə ömür boyu yeni biliklər əldə etməyə qadir olan insan və vətəndaş yetişdirməliyik.
Bütün bunlarla yanaşı, diqqətinizi ona yönəltmək istərdim ki, biz məktəbin maddi-texniki bazasını nə qədər yaxşılaşdırsaq da, onun yekun məhsulu savadlı və bacarıqlı şagirddir. Əvvəlki dövrlərdə təhsil prosesi yalnız ailəni və məktəbi əhatə edirdi, mənimsənilən biliklərin də həcmi kifayət qədər məhdud idi. Bu gün isə biz müstəqil şəkildə ömür boyu yeni biliklər əldə etməyə qadir olan insan və vətəndaş yetişdirməliyik. Bu, çox mürəkkəb prosesdir. Burada mövcud problemlərə dair bir neçə konkret rəqəmi gətirmək istərdim.
Protokolda göstərilir ki, məsələn, Məmmədov Məmməd “hərfləri və rəqəmləri tanımır”. Beləliklə, 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır.
Son illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən buraxılış imtahanları göstərir ki, ölkəmizdə elə gənclər var ki, imtahan verə bilmir. Yüzlərlə hallarda imtahanın nəticəsinə dair xüsusi protokol tutulur. Protokolda göstərilir ki, məsələn, Məmmədov Məmməd “hərfləri və rəqəmləri tanımır”. Beləliklə, 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır. Mən bunu şərh etmək istəmirəm. Çünki hər birinizə aydındır ki, bunun arxasında nə dayanır - əlbəttə ki, ilk növbədə, ailənin, tədrisdə çalışanların və yerli icra hakimiyyətlərinin biganəliyi.
Bu, onu göstərir ki, adı çəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizli və latent proseslər gedir.
Biz həmişə fəxr etmişik ki, ölkəmizdə qadınlar çox yüksək mövqe tutaraq, demək olar, siyasi, iqtisadi və sosial həyatımızın bütün sahələrində layiqincə təmsil olunublar. Lakin cəmi iki rəqəmi səsləndirmək istərdim. Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır. Bununla yanaşı, məsələn, Zaqatala rayonunda oğlanların sayı 40 faizdən azdır. Bu, onu göstərir ki, adı çəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizli və latent proseslər gedir.
Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır. Mən əmin deyiləm ki, bu, gənc xanımların özlərinin daxili mənəvi tələbatıdır.
Mən bilərəkdən məsələni belə kəskin qoyuram ki, qadınları və ümumən cəmiyyətimizi təzədən cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə proseslərinin nə dərəcədə təhlükəli olduğuna diqqətinizi cəlb edim. 1990-cı illərdə Azərbaycana gələn xarici turistlər təəccüblə qeyd edirdilər ki, bura müsəlman ölkəsidir, lakin biz, demək olar, bir nəfər də hicablı qadına rast gəlmədik. Bu gün onlar da, siz də, elə mən də görürük ki, belə xanımların sayı kəskin surətdə artmaqdadır. Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır. Mən əmin deyiləm ki, bu, gənc xanımların özlərinin daxili mənəvi tələbatıdır.
Bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir.
Təhlil göstərir ki, bu, əksərən ailədaxili mühitin tələbidir və gənc qızlar da buna tabe olurlar.
Bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir. Onlar nə fiziki, nə də mənəvi cəhətdən hazır olmadıqları halda erkən yaşda ana olurlar. Bu məsələ həm səhiyyə, həm təhsil, həm də hüquq mühafizə orqanlarının diqqətindən necə yayınır? Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, “Molla Nəsrəddin” jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?
Bu məsələ həm səhiyyə, həm təhsil, həm də hüquq mühafizə orqanlarının diqqətindən necə yayınır? Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, “Molla Nəsrəddin” jurnalı bu məmləkətdə çap olunmayıb?
Heç bir sosioloji sorğu aparmadan qətiyyətlə demək olar ki, orta statistik Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bərbəzəkli maşını və kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o, ümumiyyətlə istəmir.
Mənəvi dəyərlərimizin məruz qaldığı belə bir aşınmanın qarşısını biz nə ilə ala bilərik? Kimsə deyə bilər ki, postmodern dövründə, ümumən, əməyə, əməksevərliyə münasibət dəyişir. Biliklərə əsaslanan iqtisadiyyatda kreativlik əməksevərliyi əvəz edir. Lakin kreativ insan olmaq üçün, ilk növbədə, yüksək təhsil səviyyəsinə malik olmaq lazımdır. Əgər tədris müəssisələrində təhsil mühiti get-gedə belə sürətlə zəifləyirsə, biz buna necə nail olacağıq?
Aydındır ki, bu məsələlər təkcə məni yox, bütün Azərbaycan ziyalılarını narahat edir. Bu narahatlıqdan qurtarmaq üçün lazımi fəaliyyət proqramı işlənib hazırlanmalı və həyata keçirilməlidir.
Burada cərəyan edən iqtisadi və sosial proseslər gec ya tez təhsil, səhiyyə və mədəni sahələrdə problemlərə çevriləcək.
XX əsrdə Azərbaycan əhalisinin əsas hissəsi kənd yerlərində və ya xırda şəhərlərdə yaşayırdı. İndi bizdə şəhər əhalisi kəskin şəkildə artmaqdadır. Xüsusilə də Bakı şəhəri sürətlə inkişaf edir. Burada cərəyan edən iqtisadi və sosial proseslər gec ya tez təhsil, səhiyyə və mədəni sahələrdə problemlərə çevriləcək. Bunlara hazır olmaq üçün ciddi araşdırmalar aparılmalıdır. Əgər biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasının zəruriliyini dərk ediriksə, biz ümumən ölkədə insan potensialının strukturunu kifayət qədər dərindən təhlil etməliyik.
Azərbaycan cəmiyyətində dinlə bağlı kifayət qədər mürəkkəb proseslər gedir.
Azərbaycan cəmiyyətində dinlə bağlı kifayət qədər mürəkkəb proseslər gedir. Bir tərəfdən, bu proseslər dünyada cərəyan edən iki tendensiyanı özündə cəmləşdirir. Məlumdur ki, müasir dövrdə biz fundamentalizm fenomeni ilə rastlaşırıq. Bu tendensiyanın tərəfdarları müsəlman, xristian və ya başqa bir dinin təmsilçiləri olmasından asılı olmayaraq iddia edirlər ki, öz dinlərinin ilkin, yəni, fundamental anlayışına qayıtmaq lazımdır. Digər tərəfdən, dünyada bu gün özlərini bu və ya digər dinin tərəfdarı elan edən insanlar Allaha inanır, lakin məbədlərə, məscidlərə, dini qurumlara müntəzəm şəkildə getməkdən imtina edirlər. Digər tərəfdən, dinin cəmiyyətdə rolu ilə bağlı vaxtilə Marks, Dürkheym, Veber və digər alimlər tərəfindən yaradılmış nəzəriyyələr bugünkü dünyada cərəyan edən prosesləri kifayət qədər dürüst izah edə bilmir.
Azərbaycandan bəzi cavanların “islam dövləti” uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir.
Bir misal gətirmək istəyirəm. Azərbaycandan bəzi cavanların “islam dövləti” uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir. Aydındır ki, külli miqdarda verilən məvaciblə kimisə şirnikləndirib vətənindən, ailəsindən ayıraraq uzaq Suriyaya göndərmək mümkündür. Lakin bu prosesi təkcə iqtisadi amil ilə əlaqələndirmək də ən azı sadəlövhlük olardı. “Nə baş verir” sualına isə biz, ilk növbədə, ona görə cavab tapa bilmirik ki, cəmiyyətdə cərəyan edən proseslər haqqında əlimizdə dolğun elmi məlumat yoxdur.
Belə misalların və sualların sayını istənilən qədər artırmaq olar. Aydındır ki, mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmizdə həm ənənəvi cəmiyyətə xas olan elementlər, həm modern, həm də postmodern dövrünün əlamətlərini tapmaq mümkündür.
Cəmiyyəti, ictimai həyatı tədqiq etmək üçün, sözsüz ki, bugünkü cəmiyyətimizdə sosioloji sorğular aparılmalıdır.
Cəmiyyəti, ictimai həyatı tədqiq etmək üçün, sözsüz ki, bugünkü cəmiyyətimizdə sosioloji sorğular aparılmalıdır. Lakin bunlar hansı metodika və metodologiya əsasında həyata keçirilməlidir? Burada etik, demoqrafik və digər meyarlar nə dərəcədə nəzərə alınmalıdır?
Mən istərdim ki, bütün bu suallara biz sizinlə birlikdə cavab axtarıb tapaq. İlk növbədə ona görə ki, bu cavablar Azərbaycanın sabahkı inkişafını şərtləndirən və müəyyən edən taleyüklü məsələlərlə bağlıdır.

Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |