Şrift:
Ermənistan müxalifəti hakimiyyət dəyişikliyinə start verdi
27.10.2014 [14:34] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Cümə günü axşamı Yerevanın mərkəzində izdihamlı yürüşlə başa çatmış “müxalif üçlüyün” mitinqi ölkədə hakimiyyət dəyişikliyi prosesinə “start” verildiyini bəyan etdi, lakin bunun hansı müddətdə həyata keçiriləcəyini dəqiqləşdirmədi.
Mitinqdə Ermənistan parlamentində təmsil olunan Firavan Ermənistan, İrs və Erməni Milli Konqresi partiyalarının “müxalif üçlük” adını almış birliyinin “sıravi” üzvləri və liderləri çıxış etdilər.
Aksiyanın əsas intriqası Milli Məclisdə sayca, prezident Sarkisyanın rəhbərlik etdiyi hakim Respublikaçılar Partiyasından sonra, ikinci və dəqiqləşdirilməmiş məlumatlara görə, 400 minə yaxın üzvü olan Firavan Ermənistan Partiyasının lideri, nüfuzlu oliqarx Qaqik Tsarukyanın çıxışı olmalıydı.
Adətən ən axırda proqram nitqlə çıxış edən Ermənistanın sabiq prezidenti Erməni Milli Konqresin rəhbəri Levon Ter-Petrosyan da “əsas nitqlə” Tsarukyan çıxış edəcəyini elan etdi.
“Ümumxalq hərəkat qərargahları”
Tsarukyan öz nitqini sosial problemlərdən başladı: işsizlik səviyyəsi 43 faizə çatıb, son 5 il ərzində 15 min müəssisə bağlanıb, mühacirət və sairə...
“İşgüzar bir xalqın belə yaşaması ayıbdır”, - o dedi.
Tsarukyan xalqı səfərbər olmağa çağırdı, “çünki xalqın birliyi böyük qüvvədir və xalq öz iradəsi ilə çox şeyə nail ola bilər”.
O, yarmarka işçilərinin birləşib dövriyyədən tutulan vergi qanununun qüvvəyə minməsinin təxirə salındığını və 10 oktyabr mitinqindən sonra konstitusiya islahatları prosesinin dayandırıldığını misal gətirdi.
“Ölkəmiz çox pis vəziyyətdədir, insanların həyatı getdikcə daha da ağırlaşır. İqtidar isə öz hakimiyyətinin ömrünü uzatmaq üçün konstitusiyanı dəyişmək istəyir”.
“Biz buna razı ola bilmərik və birlikdə bu hakimiyyəti dəyişərik”, - Firavan Ermənistan Partiyasının lideri bəyan edib.
gagik_tsarukyan
Qaqik Tsarukyan hakimiyyət dəyişikliyinin "maydan" ssenarisini istisna edir
Lakin Tsarukyan “yeni keyfiyyətli hakimiyyət” və yeni siyasət yeridilməsinin zəruriliyini bildirdi, “fundamental dəyişikliklərə” ehtiyac olduğunu qeyd etdi.
“Lakin biz hakimiyyətin dinc yolla təhvil verilməsi tərəfdarıyıq”, - deyə Tsarukyan Yerevanda Ukraynadakı kimi “maydan” hərəkatının qəti yolverilməz olduğunu bəyan etdi.
FEP lideri öz məqsədlərinə “hakimiyyət üzərinə xalqın təzyiqini tədricən artıraraq” nail olmaq istədiklərini bildirdi.
“Bu gündən bütün ölkə ərazisində Ümumxalq Hərəkatının qərargahları yaradılmağa başlayır, və onlar istənilən vaxt hərəkətə gətirilə bilər”, - Tsarukyan deyib.
FEP lideri Seçki Məcəlləsinin islahatını və tam proporsional seçki sisteminə (yəni 100 faiz partiya siyahıları üzrə) keçməsi tələbini səsləndirib.
“Hakimiyyət bizim tələblərimizə etinasızlıq göstərsə, biz hakimiyyət dəyişikliyini tələb edərik”, - Tsarukyan bəyan edib.
Bu xəbər oxucular tərəfindən 1051 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed