25.12.2011 [20:40] - Güney Azərbaycan xəbərləri
Türk Hərəkatı İctimai Birliyi və Milli Dirçəliş Hərəkatı Partiyası 24. 12. 2011-ci il tarixində saat 15:00 - da, Bilgəhdə yerləşən Qocalar Evində Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəylik Günü və Yeni il bayramları münasibətilə xeyriyyə tədbiri keçirdi.
Tədbiri təbrik sözləriylə açan THİB sədri Həbib Ələkbərsoy bütün varlıqların, bütün kainatın üzərində valideynlərin durduğunu, böyüklərin dəyər simvolu olduğunu söylədi. Və bildirdi ki, “nə qədər ki, mifologiyaya görə Türk millətinin Anası sayılan Bozqurd Türk millətinin bayrağında əks olunurdu, biz dünyanı fəth edirdik”. O, Allahdan bütün insanlara ürəyində Allahın rəhmi, o rəhmin üstündə valideyin sevgisini nəsib eləməyi dilədiyini dedi. Hər kəsin bayramını təbrik etdi.
MDHP sədrinin müavini Tahir Seyidov MDHP sədri, millət vəkili, istiqlalçı deputat Fərəc Quliyevin adından sakinləri təbrik etdi. Bildirdi ki, 31 dekabr qanunsuz çəkilmiş sərhədlərin dağıdılması, eyni zamanda yeni təqvim, yeni dəyişmə ilidir. Onlarla görüşməyin ən gözəl bayram olduğunu vurğuladı.
Daha sonra Türk Xalqları Ümumdünya Assambleyasının vitse-prezidenti Yəhya Yusif Canıyara söz verildi. Yəhya bəy hamını bütün Türk dünyası adından salamladı. Türk xalqının ölməz olduğunu dilə gətirib, Fransa respublikasını lənətlədi. Növbəti görüşümüzün, Qarabağımızda, Güney Azərbaycanımızda keçirilməsini dilədi.
Bir musiqi fasiləsindən sonra Çinin uyğur vilayətindən qonaq gələn uyğur türkü Tursunay xanıma söz verildi. Niftalı Göyçəli, Nüsrətulla Hüseynoğlu gözəl şeirlərlə çıxış etdilər.
Bayram münasibətilə qocalara Tədbirin musiqili qonaqları - “Savalan Mistik Musiqili” qrupunun bədii rəhbəri Novruz Novruzlu, muğam ifaçısı Mütəllim Dəmirov, vətənpərvər musiqilərin mahir ifaçısı Əlirza Amanbəyli, Səyyad Aydınoğlu, Zahidə xanım, Yaqut Qarabağlı öz çıxışlarıyla qocaları sevindirdilər. Onların arzu və istəkləri dinlənildi. Təşkilat üzvləri zala gələ bilməyənlərə öz yataqları başında bayram sovqatlarını bir-bir payladılar. Tədbir çox böyük ruh yüksəkliyi ilə yekunlaşdı.

Bu xəbər oxucular tərəfindən 1855 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |