28.10.2014 [12:47] - Gündəm, İqtisadiyyat
“Qarşıdan gələn ayda neftin qiymətinin artımı gözlənilmir”
Yaxın perspektivdə İran neft hasilatını sutkada 4,3 mln. barelə qədər artırmaq niyyətindədir.
İranın “İRNA” agentliyi istinadən verir ki, bunu bu ölkənin neft nazirinin müavini Mənsur Moazzami bildirib.
Nazir müavini qeyd edib ki, İran dünya bazarlarındakı neftin qiymətinin qeyri-stabilliyi ilə mübarizə üçün “müxtəlif ssenarilərə hazırlayıb”.
“Biz ölkəmizi neftin qiyməti 1 barelə görə 5 dollar olanda da idarə etmişik, 140 dollar olanda da. 2015-ci il üçün ölkə büdcəsini tərtib edərkən hökumət neftin 1 barelinə görə 90-100 dollar həcmində qiymət diapazonuna ümid etmirdi. Biz mümkün problemlərdən qaçmaq üçün məsləyə daha real yaxınlaşdıq. İndiyədək İran büdcə defisiti ilə üzləşməyib”, - deyə o bildirib.
Nazir müavinindən fərqli olaraq, İran Milli Neft Şirkətinin ekspertlər qrupunun proqnozlarına görə, 2015-ci ildə neftin 1 barelinin qiyməti 70 dollar təşkil edəcək. “Büdcə tərtib edilərkən məhz bu rəqəm götürülməli idi”, - hesabatda qeyd olunub.
İran Milli Neft Şirkətinin baş direktorunun müavini Möhsün Qəmsari qeyd edib ki, “qarşıdan gələn ayda neftin qiymətinin artımı gözlənilmir”.
Xatırladaq ki, OPEC-in məlumatına görə, sentyabr ayında İranda sutkalıq hasilat 2,675 mln. barel təşkil edib.
Bununla yanaşı, İran neft emalını hazırkı sutkalıq 1,8 mln. bareldən 3 mln. barelə qədər artırmaq niyyətindədir. İran mütəxəssislərinin hesablamalarına görə, bu ölkənin neft ehtiyatları 60 ilə bəs edər.

Bu xəbər oxucular tərəfindən 846 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |