Şrift:
Məhkəmə-Hüquq Şurası iki hakimə cəza verdi
28.10.2014 [16:06] - Hadisə
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.İclasda hakimlər barədə başlanmış intizam icraatlarına baxılıb. Yasamal Rayon Məhkəməsinin hakimi Aqşin Əfəndiyevə töhmət verilib. Buna hakimin məhkəmə aktlarının vaxtında tərtib etmədiyi, icra intizamının digər kobud pozulması hallarına və süründürməçiliyə yol verməklə tərəflərin hüquq və mənafelərini təmin etmədiyi əsas gətirilib.

Ağır yol nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən məhkəmə təcrübəsinə və cəza siyasətində ardıcıllığa əməl etmədiyinə və qanunvericiliyin tələblərini pozduğuna görə Siyəzən Rayon Məhkəməsinin hakimi İlqar Quliyevə irad tutulub.

Tərəfləri məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırmayan, məhkəmə qərarlarını tərəflərə vaxtında göndərməyən və digər pozuntulara yol verən 1 hakim barədə intizam icraatı başlanıb.
Bu xəbər oxucular tərəfindən 1036 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed