Şrift:
Baş nazir Türkiyənin düşmənlərinin adlarını açıqladı
29.10.2014 [11:39] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkənin düşmənlərinin adlarını açıqlayıb.
Davudoğlu bildirib ki, Suriya hakimiyyəti, PKK və “İslam Dövləti” (İŞİD) terror təşkilatı Türkiyənin düşmənləridir və Türkiyə dövləti öz sərhədlərində onların varlığını görmək istəmir. Bu barədə ATVxəbər.az Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat yayıb.

Son bir ayda Suriyanın Eyvul-Ərəb (Kobanı) şəhərində “İslam Dövləti” yaraqlıları ilə PKK terror təşkilatının Suriya qanadı arasında baş verən toqquşmalara münasibət bildirən baş nazir qeyd edib ki, “Suriya böhranı həll edilmədən Eynul-Ərəb xilas edilməsi mənasızdır”.

Davudoğlu hesab edir ki, Eynul-Ərəb hadisələri Suriya böhranının sadəcə bir hissəsidir.
Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed