Şrift:
Qanlı erməni qətlinin sirri
29.10.2014 [12:15] - Gündəm, Hadisə
15 il qabaq erməni parlamentində güllə səsləri eşidildi

Region 15 il qabaq, oktyabrın sonunda dünyanın “ən demokratik” parlamentində - erməni parlamentində güllə səsləri eşidildi.

İclas zalına girmiş terrorçular avtomatla respublika baş nazirini, parlamentin spikerini, onun iki müavinini, nazir və deputatları güllələdilər. Cinayətkarlar dərhal həbs edildi.

Onların üzərində məhkəmə uzun çəkdi - üç ilə qədər davam etdi. Onların hamısına uzun həbs cəzası kəsildi, bəziləri həyatlarına intiharla son qoydular. Amma bir şeyi qeyd etmək lazımdır ki, bu cinayəti təşkil edən, onların arxasında duran adamları məhkəmə müəyyən etmədi.

Belə bir versiya vardı ki, bu qətli Robert Koçaryan başda olmaqla həmin vaxt erməni ölkəsinə rəhbərlik edən qruplaşma təşkil edib. Amma məsələnin dərinliklərinə varmağa ya istintaqa imkan vermədilər, ya da istintaq özü müəyyən səbəblər üzündən bunu etməyib və işi əngəlləyib.

İndi isə Dağlıq Qarabağı idarə eləyən oyuncaq işğal rejimi İrəvandan aldığı əmrlə casusluqda, diversiyada, terrorçuluqda və Allah bilir daha nələrdə günahlandırdığı azərbaycanlı girovların üzərində məhkəmə məzhəkəsi təşkil edib.

Mənə elə gəlir ki, on beş il qabaq İrəvanda da indi Xankəndidə olan ciddi-cəhdlə məhkəmə keçirilsəydi, yəqin erməni xalqı həmin günlərdə baş vermiş dəhşətli cinayətin təşkilatçılarını çoxdan tanıya bilərdi. Amma aydındır ki, bunu etmək ölkənin siyasi elitasının maraqlarına uyğun gəlmir və bağlı qapılar altında gizli qalır.

Təəssüf ki, tək günahları doğma vətənlərinə gəlmək olan Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində keçirilən bu məhkəmə məzhəkəsi həyasızlıqla davam etdiriləcək. On beş il qabaq keçirilmiş və indi davam edən bu iki prosesi müqayisə etdikdə istər-istəməz belə nəticəyə gəlmək olur ki, erməni məhkəməsi "ən vicdanlı"dır, ən başlıcası isə "dünyanın ən humanist" məhkəməsidir. Amma onların Femidası nəsə çox əcaibdir - ermənilərin özü kimi.
Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed