29.10.2014 [12:28] - Gündəm, Siyasət
Alla Yazıkova: "Əvvəlcə yeddi rayonu azad etmək lazımdır"
Avropa PAN Aralıq və Qara dəniz Mərkəzi İnstitutunun professoru, Aralıq və Qara dəniz Tədqiqat Şurasının rəhbəri Alla Yazıkova Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü ilə bağlı "Vestnik Kafkaza" müsahibə verib.
O, müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin çətin problem adlandırıb, bunun həllinin həm də bir sıra xarici amillə bağlı olduğunu deyib: "Tərəflər bir-birinə əks mövqedə dayanırdılar. Çünki son vaxtlar qarşılıqlı ittihamlar, bəyanatlarlar sərtliyi ilə seçilirdi.Dövlət başçılarının Parisdə bu problemin həlli üçün səylərin davam etdirmələri barədə razılığa gəlməsi əhəmiyyətlidir."
Onun sözlərinə görə, bu ərazilər Azərbaycan torpaqları olsa da, burada ermənilər də yaşayıblar. Son 20 ildə yeni nəsil böyüyüb. Təmas nöqtələrini ictimai səviyyədə tapmaq çətindir, bütün ictimai dialoqu qaydaya salmaq cəhdləri müvəffəqiyyətlə nəticələnmir.
Ekspertin fikrincə, ən real nəticəyə indi nail olmaq mümkündür. Tərəflərin razılığını problemin həlli istiqamətində mühüm addım hesab etmək olar. Ermənistanla işğal edilmiş Azərbaycan rayonlarının azad olması haqqında dialoq aparılmalıdır və təhlükəsizlik zolağı kimi mərhələli şəkildə 5-7 rayon qaytarılmalıdır. Azərbaycan müxtəlif variantlara hazırdır. Amma təəssüf ki, qarşı tərəf buna hazır olmadığı üçün məhz oradan təhlükə çıxır, atışmalar aparılır, qurbanlar baş verir. Bu rayonlar regionda təhlükəsizlik üçün əngəl daşı olur. Ermənistan gələcəyini, özünü təcrid vəziyyətdən çıxarmaq, məhsulunu ixrac etmək üçün düşünməlidir.
Xatırladaq ki, prezident İlham Əliyevin və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər. Razılıq Fransa prezidentinin Fransua Ollandanın təşəbbüsü ilə keçirilən Paris görüşündə nail olunub.

Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |