Şrift:
Qarabağ futbol komandası UEFA Avropa Liqasının F qrupunda neçənci yeri tutacaq?
29.10.2014 [12:53] - İdman
UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” komandası indiyədək qrup mərhələsində üç oyun keçirib. F qrupunda yarışan “Qarabağ”ın daha üç oyunu qalır: evdə Ukraynanın “Dnepr” və İtaliyanın “İnter” komandaları, səfərdə Fransanın “Sent-Etyenn” komandası ilə.

3 turdan sonra “İnter” 7 xalla qrup lideridir. “Qarabağ”ın 4 xalı var. “Sent-Etyenn” 3, “Dnepr” 1 xal toplayıb.

Qrup mərhələsini aşmaq üçün “Qarabağ” minimum 2-ci yeri tutmalıdır. Komandanın buna şansı nə qədərdir? “Media forum” saytı oxucuların bu suala cavabını öyrənmək üçün internet sorğusu keçirir. Saytın ana səhifəsinin sağ küncündə yerləşdirilmiş sorğuda sual belə qoyulub: “Qarabağ” futbol komandası UEFA Avropa Liqasının F qrupunda neçənci yeri tutacaq?

1-ci yer

2-ci yer

3-cü yer

4-cü yer
Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed