29.10.2014 [13:38] - Gündəm, Hadisə
Vaxtilə Bakının mərkəzində, indiki Sahil bağında “26 Bakı komissarı” adı altında basdırılmış şəxslərin cəsədlərinin qalığı çıxarılanda burada əslində 23 nəfərin basdırıldığı məlum oldu. Sən demə, çatışmayan 3 cəsəddən biri elə Bakı komissarlarının sədri Stepan Şaumyanın cəsədi imiş. Yəni sovet dövründə aparılan təbliğatın əksinə olaraq Şaumyan Bakı komissarları ilə bir yerdə güllələnməyibmiş, onlarla bir yerdə basdırılmayıbmış. “Media forum” saytı xəbər verir ki, bunu tarixçi alim Yaqub Mahmudov aprelin 25-də rəsmi dövlət qəzeti “Azərbaycan”da dərc etdirdiyi “26 Bakı komissarı” və ya Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı qatilləri barədə tarixi həqiqət” adlı məqaləsində açıqlayıb.
Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törətmiş komissarlar 1918-ci ilin sentyabr ayının 20-də Rusiyanın Krasnovodsk şəhəri yaxınlığında güllələniblər. 1920-ci ilin aprelində Rusiya ordusu Bakını işğal edəndən sonra həmin il sentyabrın 10-da komissarların qalıqları (o vaxt məhz belə təqdim edilib) Azərbaycana gətirilərək Bakının mərkəzində basdırılıb. Eyni zamanda sovet dövründə bu ərazidə park salınıb, parka “26 Bakı komissarı” adı verilib, onların şərəfinə abidə qoyulub.
Azərbaycanın dövlət müstəqilliyinin bərpası dövründə parkın adı dəyişdirildi. 2009-cu ilin yanvarında isə parkdakı abidə söküldü, altından komissarların cəsədlərinin qalıqları çıxarıldı. Bu zaman aydın oldu ki, burada 26 deyil, 23 cəsəd basdırılıbmış. Sovet dövründə isə burda 26 Bakı komissarlarının hamısının basdırıldığı bildirilirdi.
Həmin vaxt Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin və Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin aparıcı mütəxəssislərinin iştirakı ilə aşkar edilmiş insan cəsədlərinə məxsus skelet sümüklərinin məhkəmə-tibbi kriminalistik tədqiqatı aparıldı. Nəticədə bunlar müəyyən olundu:
- eni 710 sm, uzunluğu 760 sm və hündürlüyü 167 sm olan, yuxarı hissəsi 60 sm-lik betonla örtülmüş yerdə aşkar edilmiş tabutlar əsas etibarilə çürüyüb;
- tabutlardakı insan skeleti sümükləri kişi cinsindən olan 23 şəxsə məxsusdur;
- skelet sümüklərinin məxsus olduğu şəxslərdən 11-nin yaş həddi 20-29, 10-unun yaş həddi 30-39 arasında, 2-nin yaş həddi isə 40-dan yuxarıdır;
- skelet sümüklərində aşkar edilmiş çoxsaylı xəsarətlər həmin şəxslərin iki növdən olan odlu silahlarla qətlə yetirildiyini göstərir.
Ekspertizanın nəticələri bu istiqamətdə Milli Elmlər Akademiyası, Səhiyyə Nazirliyi və Milli Arxiv İdarəsi tərəfindən geniş və hərtərəfli elmi tədqiqat işlərinin aparılması zərurətini meydana çıxardı. Bununla əlaqədar olaraq həmin ərazidə dəfn edilmiş insanların şəxsiyyətlərinin, 26 Bakı komissarı fenomeni kimi sovet tarixində yaradılan yanlışlıqların və bütövlükdə 1918-ci il sentyabrın 20-də baş verənlərin sonrakı dövrdə saxtalaşdırmaya məruz qalması ilə bağlı araşdırmalara başlandı.
Yaqub Mahmudov “26 Bakı komissarı” və ya Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı qatilləri barədə tarixi həqiqət” məqaləsində bildirir: “Sovet dövründə tariximizin bütünlüklə saxtalaşdırılmış problemlərindən biri də “Bakı kommunası”nın və ya “26 Bakı komissarı”nın tarixidir. 1918-ci ildə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirmiş cinayətkar daşnak-bolşevik rejiminin başçıları olan “26 Bakı komissarı” Azərbaycan xalqına “kommunizm uğrunda mərd mübarizlər” kimi təqdim olunublar. Əslində, “Daşnaksütun” partiyası Bakı komitəsinin üzvü olan, ətrafına erməni-daşnak zabitlərini, silahlı dəstələrini toplayıb Azərbaycan xalqının məhv edilməsinə göstəriş vermiş və kütləvi soyqırımı cinayəti həyata keçirmiş Stepan Şaumyan xalqımıza “ən ardıcıl bolşevik liderlərindən biri” kimi tanıdılıb.
1918-ci ildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı cinayəti həyata keçirmiş “26 Bakı komissarı” adlandırılan cinayətkar qrupun fəaliyyəti ilə bağlı Milli Elmlər Akademiyasının Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində çoxsaylı yeni faktlar aşkar olunub.
Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik qatillərinin törətdiyi soyqırımı cinayətlərinin açılmasında dövlət başçısı İlham Əliyevin Sahil bağındakı “müqəddəs ziyarətgaha” çevrilmiş “26-lar” məzarlığının ümumşəhər qəbiristanına köçürülməsi barədə qəbul etdiyi cəsarətli və müdrik qərar olduqca mühüm rol oynadı.
2009-cu ilin yanvar ayında Bakı şəhərinin Sahil bağındakı “26-lar”a məxsus məzarlar şəhər qəbiristanlığına köçürülərkən məzarlıqda 26 deyil, 23 cəsədin qalığı aşkar olundu. Bundan dərhal sonra Tarix İnstitutunda xüsusi elmi-tədqiqat qrupu yaradıldı və intensiv elmi araşdırmalara başlanıldı.
Öncə Azərbaycan arxivlərində vaxtı ilə “26-lar”la bağlı xalqdan gizlədilmiş sənədlər üzə çıxarıldı. İnstitutun əməkdaşları xarici ölkələrə ezam olundu, Sankt-Peterburq, Moskva, London, Paris, Berlin, Dehli, İstanbul, Ankara və başqa şəhərlərdən ölkəmizə çoxlu ilk mənbələr, o cümlədən qiymətli arxiv sənədləri gətirildi.
Arxiv sənədləri üzərində aparılmış elmi-tədqiqat işlərinin ilkin nəticələri birmənalı olaraq təsdiq edir ki, 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi (Bakı Soveti, sonralar Bakı Xalq Komissarları Soveti) qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş şəkildə və planlı surətdə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı cinayəti həyata keçirib. On minlərlə dinc, silahsız türk-müsəlman əhali - Azərbaycan türkləri, ləzgilər, tatarlar və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirilib. Azərbaycan xalqına qarşı soyqırımının həyata keçirilməsinə bilavasitə Bakı Sovetinin sədri və Qafqaz işləri üzrə fövqəladə komissar Stepan Şaumyan göstəriş verib, bu dəhşətli cinayəti təşkil edib və ona başçılıq edib.
Beləliklə, 1918-ci ildə Azərbaycan xalqına qarşı dövlət səviyyəsində soyqırımı cinayəti həyata keçirilib. Bu cinayəti həyata keçirən daşnak-bolşevik rejiminə Stepan Şaumyan başçılıq edib.
Yeni aşkar olunmuş arxiv sənədləri sübut edir ki, sovet tarix elminə ən ardıcıl bolşeviklərdən biri kimi daxil edilən Stepan Şaumyan əslində, erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan “Daşnaksütun” partiyasının üzvü olub. Bunu Tiflis Quberniya Jandarm İdarəsinin 1908-ci ilə aid məxfi agentura məlumatının əks olunduğu arxiv sənədi çox aydın sübut edir. Həmin sənədə görə Stepan Şaumyan “Daşnaksütun” partiyasının Bakı Komitəsinin üzvü idi (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f.276, s.8, iş. 412, v.4-5.).
Göründüyü kimi, üzdə bolşevik olan Stepan Şaumyan əslində, “Daşnaksütun” partiyasının rəhbərlərindən biri olub. Həmçinin elə həmin arxiv sənədində qeyd edildiyi kimi, Şaumyan hələ 1910-cu ildə daşnak partiyası üzvlərinin Bakıya toplanmasına və burada işə düzəldilməsinə yaxından köməklik göstərib (Yenə orada.).
Yeri gəlmişkən, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırımı törətməsini Şaumyan hələ o zaman özü etiraf etmişdi. 1918-ci il mart soyqırımından sonra o, Sovet Rusiyası hökumətinə hesabat verərək qeyd etmişdi ki, Bakı Sovetinin hərbi qüvvələrinə daşnak partiyasının 4 minlik hərbi hissələri cəlb edildi və bu amil milli qırğına gətirib çıxardı.
Şaumyan daha sonra yazırdı: “Biz buna şüurlu şəkildə getdik”, çünki azərbaycanlı siyasi qüvvələr “Bakıda qalib gəlsəydilər, onlar şəhəri Azərbaycanın paytaxtı elan edəcəkdilər” (Шаумян С. Г. Избранные произведения. М., 1978, т. 2, с. 246.). Beləliklə, əslində, Şaumyanın təkcə bu etirafı 1918-ci ildə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirmiş daşnak quldurlarının son məqsədlərinin nədən ibarət olduğunu çox aydın sübut edir.
Bakıda olduğu kimi, Azərbaycanın digər bölgələrində də soyqırımılar məhz Şaumyanın şəxsi göstərişi ilə həyata keçirilib. Məsələn, Şamaxıda azərbaycanlılara divan tutmuş Stepan Lalayan (Lalayev) və Tatevos Əmiryan (Əmirov) bilavasitə Şaumyanın tapşırığını həyata keçiriblər ("Азербайджан", 1918, 8 октября.). Qubada soyqırımı həyata keçirmiş daşnak cəlladı Hamazasp da bilavasitə Şaumyanın göstərişinə əməl edib.
Aparılan tədqiqatlar onu da sübut edir ki, Bakı Sovetinin rəhbərliyi Azərbaycanın qərb bölgələrində soyqırımı həyata keçirən erməni quldur dəstələri ilə, o cümlədən Stepan Şaumyanın “xalq qəhrəmanı” adlandırdığı Andraniklə sıx əlaqə saxlayırdı (Микоян А. Дорогой борьбы. М., 1971, с. 42.). Başqa sözlə, Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinin məhv edilməsi qabaqcadan düşünülmüş ümumi plan əsasında, həm də vahid mərkəzdən idarə olunaraq həyata keçirilirdi.
Beləliklə, Sovet tarixşünaslığında bolşevik hakimiyyəti orqanı kimi qələmə verilən Bakı Soveti əslində, daşnakların və erməni zabitlərinin rəhbərlik etdiyi cinayətkar hərbi-siyasi rejim idi.
Yuxarıda göstərilənlərlə yanaşı, belə bir fakt da nəzərə alınmalıdır ki, V.İ.Lenin tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin olunmuş Stepan Şaumyana, eyni zamanda, Rusiya Xalq Komissarları Sovetinin 29 dekabr 1917-ci il (11 yanvar 1918-ci il) tarixli dekreti ilə Rusiya tərəfindən işğal olunmuş Şərqi Anadoluda (“Türkiyə Ermənistanında”) “erməni xalq milisi” və “müstəqil erməni dövləti” yaratmaq vəzifəsi də həvalə olunmuşdu.
Daşnaklar o zaman böyük dövlətlərin, o cümlədən bolşevik Rusiyasının köməyindən istifadə edərək Şərqi Anadolunun və Azərbaycanın türk-müsəlman əhalisini kütləvi surətdə qıraraq “Böyük Ermənistan” yaratmağa çalışırdılar.
“Daşnaksütun” partiyasının rəhbərlərindən biri olan Stepan Şaumyan Bakıda hakimiyyəti ələ keçirdikdən sonra bu bədnam siyasətin həyata keçirilməsində ən real və ən fəal siyasi fiqura çevrildi. Stepan Şaumyan və onun öz ətrafına topladığı daşnak qatillərinin əsas məqsədi Azərbaycanın milli-siyasi qüvvələrinin sosial bazası olan türk-müsəlman əhalini tamamilə qırıb bütün Azərbaycanı və Şərqi Anadolunu ələ keçirərək “Böyük Ermənistan” yaratmaq məqamını yetişdirməkdən ibarət idi”.
Daha sonra Yaqub Mahmudov məqaləsində Stepan Şaumyanın öz ətrafına topladığı və onun başçılığı ilə Azərbaycan xalqına qarşı soyqırımı cinayətini həyata keçirən digər qatillər haqda məlumat verir, Tatevos Əmiryan (Əmirov), Stepan Lalayan (Lalayev), Hamazasp Srvantsyan, Qriqori Korqanov, Anastas Mikoyan, Baqdasar Avakyan və Prokofiy Caparidzenin cinayətlərindən ayrıca bəhs edir.
Sonra Yaqub Mahmudov “Azərbaycan” qəzetinin 25 aprel sayında dərc etdirdiyi “26 Bakı komissarı” və ya Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı qatilləri barədə tarixi həqiqət” məqaləsində bildirir: “Arxiv sənədləri daha dərindən araşdırıldıqca və elmi-tədqiqat dövriyyəsinə yeni-yeni sənədlər daxil olduqda aydın olur ki, soyqırımı cinayətkarlarının – “26 Bakı komissarı”nın tarixi qəsdən və xüsusi məqsədlərlə təhrif olunub. Və Azərbaycan xalqına uydurmalarla, dolaşıq məsələlərlə dolu olan saxta bir tarix təqdim olunub. Bunu ilk növbədə Sahil bağındakı “26-lar”a aid məzarlıq köçürülərkən oradan 26 deyil, 23 cəsədin qalıqlarının aşkar olunması sübut etdi.
Bu zaman təcrübəli mütəxəssislərin keçirdikləri məhkəmə-tibbi ekspertizasının nəticəsi onu da aydın sübut etdi ki, yaş həddinə görə cəsədi aşkar olunmayan üç nəfərdən biri məhz Stepan Şaumyandır. Bu baxımdan bəzi arxiv sənədləri də xüsusi maraq doğurur. Məsələn, “26-ların” güllələnməsi ərəfəsində “Şaumyan və digər hərbi əsirlərin müttəfiqlər missiyasının üzvləri ilə dəyişdirilməsinə” cəhd göstərilməsini arxiv sənədləri də təsdiq edir. Yeri gəlmişkən, müəyyən məlumatlara görə, bu “dəyişdirmə” əməliyyatının ideya müəllifi də məhz Şaumyanın özü olub.
Arxiv araşdırmaları zamanı Stepan Şaumyanla bağlı aşkar olunmuş bir sənəd xüsusi maraq doğurur. Məlum olur ki, “26 Bakı komissarı”nın güllələnməsindən (20 sentyabr 1918-ci il) sonra, yəni 1918-ci il sentyabrın 20-dən oktyabrın 1-dək 10 gün ərzində Stepan Şaumyana Krasnovodsk həbsxanasında qida verilib. Maraqlıdır ki, qida verilən məhbusların adları və soyadlarının siyahısında Stepan Şaumyandan sonra adı göstərilən ikinci məhbus Anastas Mikoyandır. Fikrimizcə, bu, çox ciddi sənəddir. Həmin sənəd ən azı, Stepan Şaumyanın “26-lar”la birlikdə güllələnmədiyini çox aydın sübut edir.
Bütün yuxarıda göstərilənlərlə yanaşı, həbs olunmuş “26-lar”la ingilis kəşfiyyatının maraqlanması da tarixi həqiqətdir. İngilislər “26-ları” ələ keçirib Hindistana aparmaq niyyətində idilər. Diqqəti cəlb edən bir maraqlı məqam da budur ki, ingilis komandanlığını o zaman ən çox Şaumyan və Caparidze maraqlandırdı.
Bütün bunlar, xüsusilə də, Anastas Mikoyanın, həmçinin onun oğlu Serqo Mikoyanın guya Dehli arxivinə müraciət etmələri və burada “26-lar”la bağlı heç bir sənədin olmaması barədə yalandan verdiyi “açıqlamalar” “26 Bakı komissarı” adlandırılan soyqırımı cinayətkarları barədə elmi axtarışların davam etdirilməsinin zəruri olduğunu göstərir.
Milli Elmlər Akademiyasının Tarix İnstitutunda eyni zamanda 1918-1920-ci illərdə Azərbaycanın bütün bölgələrində - Qarabağda, Zəngəzurda, İrəvan ellərində, Naxçıvanda həmçinin Şərqi Anadoluda və Cənubi Azərbaycanda türk-müsəlman əhaliyə qarşı həyata keçirilmiş bütün kütləvi soyqırımılarının tarixini də xalqımıza və dünyaya olduğu kimi çatdırmaq üçün geniş tədqiqat işləri aparılır”.
Qeyd edək ki, Sahil bağından çıxarılan 23 nəfərin cəsədinin qalıqları 2009-cu il yanvarın 26-da Hövsan qəbiristanlığında basdırılıb. Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına görə, dəfn müsəlman, xristian və yəhudi din xadimlərinin iştirakıyla, müvafiq dini ayinlər icra olunmaqla həyata keçirilib.
2010-cu il oktyabrın 14-də prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında çıxış edərkən bu barədə belə demişdi: “Azərbaycan xalqının qanını axıdan şaumyanlar və onun kimi qəddar erməni cinayətkarlar Azərbaycanda qəhrəmanlar kimi təqdim olunurdu. Onların şərəfinə abidələr ucaldılırdı.
Siz bilirsiniz ki, Bakının mərkəzində 26 Bakı komissarının şərəfinə abidə ucaldılmışdı. Mən göstəriş verdim ki, o abidə sökülsün, dağıdılsın. Mən göstəriş verdim, şəxsən! Ancaq necə?! Göstəriş verdim ki, Elmlər Akademiyasının, Səhiyyə Nazirliyinin nümayəndələri, din xadimləri orada basdırılmış cəsədlərin başqa yerə köçürülməsi ilə bağlı tədbirlər görsünlər. Halbuki vaxtilə orada basdırılmış adamlar azərbaycanlılara qarşı qəddarlıq törətmişdilər. Biz yenə Azərbaycan xalqına xas olan dözümlülük, mədəniyyət, tolerantlıq nümayiş etdirdik və orada basdırılmış cəsədləri başqa yerə hörmətlə köçürdük. Ancaq o tarix daha Azərbaycanda olmamalıdır”.

Bu xəbər oxucular tərəfindən 1690 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |