31.10.2014 [12:47] - Gündəm, Hərb
Avropanın hava məkanına girən Rusiya hərbi təyyarələri NATO hərbi hava qüvvələrinin həyəcan təbili çalmasına səbəb olub.
Şimali Atlantika hərbi alyans (NATO) bu barədə xüsusi bəyanatla çıxış edib. NATO-nun bəyanatında bildirilir ki, alyansın izləmə xidməti 29 oktyabrda (october) Baltik dənizi, Qara dəniz və Şimal dənizi üzərində, həmçinin Atlantik okeanı üzərində bir neçə dəstə rus hərbi təyyarəsi aşkarlayıb.
Nəticədə, Norveç hərbi hava qüvvələrinin “F-16” qırıcıları havaya qaldırılıb. Pilotlar Rusiyaya məxsus dörd strateji Tu-95 bombardmançısı və dörd İl-78 yanacaq doldurucusu aşkarlayıblar. Bombardmançı təyyarələr və yanacaq doldurucaları uçuş planı barədə xəbər verməyiblər və mülki aviasiya xidməti ilə əlaqə saxlamayıblar.
Həmçinin həmin gün NATO radarları Qara dəniz üzərində iki Tu-95 və iki Su-27 qırıcısı aşkarlayıblar. Eyni vaxtda, Baltik dənizi üzərində iki MiQ-31 hərbi təyyarəsi, iki qırıcı-bombardmançı Su-34, iki cəbhə bombardmançısı Su-24 və bir Su-27 qırıcısı aşkarlanıb. Bir gün öncə, 28 oktyabrda Baltik dənizi üzərində yeddi rus hərbi təyyarəsi aşkar edilib.
Rus təyyarələrini müşayiət etmək üçün Almaniya, Danimarka, həmçinin NATO-ya daxil olmayan Finlandiya və İsveçin (Sued) hərbi təyyarələri göyə qalxıb.

Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |