31.10.2014 [13:30] - Gündəm, Sosial
“Bələdiyyələr 15 ildə uğurlar qazanıblarsa, bu, çox yaxşı haldır. Ancaq hamı durub bələdiyyələrin nöqsanlarından danışır. Nöqsandan danışmaq, nəzəriyyə söyləmək asandır, iş görməyə kömək etmək isə çox çətindir”.
APA-nın məlumatına görə, bunu USAİD-in maliyyələşdirdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyasının texniki dəstəyi ilə “Yerli özünüidarəetmədə qadın liderliyi” mövzusunda keçirilən konfransda Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib. O bildirib ki, xarici ölkələrdə bələdiyyələrin 150-200 illik təcrübələri var və geniş maliyyə imkanları mövcuddur. T. Rzayev qadınların bələdiyyələrin işində aktiv iştirak etməsinin tərəfdarı olduğunu söyləyib: “Bələdiyyə seçkiləri zamanı regionlarda olduq. Bir çox qadınlar, gənclər bələdiyyələrə seçildilər. Lakin bir neçə ay keçdi, hətta mənim yaşadığım rayonda qadın bələdiyyə sədri istefa vermək istədiyini bildirdi. Biz o qadınları istefa verməməyə çağırdıq, kömək etdik, icra qurumları da kömək etdi və qadınlar bələdiyyələrdə fəaliyyətlərini davam etdirdilər. Qadınlar bələdiyyələrə üzv seçilməkdən qorxmamalıdırlar”.
T. Rzayev qeyd edib ki, hazırda ən böyük nöqsan bələdiyyələrlə bağlı əhalidə düzgün təsəvvürün olmamasıdır: “Bir çox vətəndaşlar bələdiyyələrə vergilər ödəmirsə, bələdiyyə fəaliyyətini necə qura bilər? Bununla belə, bələdiyyələrin gələcəyinə nikbin baxmaq lazımdır. Bəziləri deyirlər ki, bələdiyyələrə ehtiyac yoxdur. Lakin Azərbaycan demokratik ölkədir, yerli özünüidarəetmə vacibdir. Necə ola bilər ki, vətəndaşlar müəyyən problemlərin həllini üzərinə götürməsinlər? Biz bələdiyyələri hörmətdən salmağa yox, nüfuzunu qaldırmağa çalışmalıyıq”.

Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |