Şrift:
Regionların kreditləşməsi 40 faizdən çox artırılıb
01.11.2014 [14:15] - Xəbərlər, İqtisadiyyat
2014-cü il sentyabrın yekunu üzrə Azərbaycan regionlarında əhaliyə verilən kreditlər bankların kredit portfelinin ümumi həcmində 2 878,84 milyon manat, yaxud 16,3 faiz təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 43,6 faiz çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2014-cü ilin yanvar-sentyabr aylarının yekunu üzrə statistik hesabatında deyilir.
Hesabata əsasən, Bakıda bu göstərici 14 752,75 milyon manat təşkil edib ki, burada kreditlərin milli valyutada payı 10 718,3 milyon manat olub. Bu ilin sentyabrında ölkədə kreditlər üzrə orta dərəcə 14,3 faiz, Bakı üzrə isə 13 faiz təşkil edib.
Mərkəzi Bankın məlumatına görə, Abşeron iqtisadi rayonu üzrə kreditləşmənin həcmi 19,1 faiz orta dərəcə ilə 571,87 milyon manat, Aran iqtisadi rayonunda 21,5 faiz orta dərəcə ilə 1 003,7 milyon manat, Dağlıq Şirvan - 113,22 milyon manat (23,7 faiz), Gəncə-Qazax - 388,24 milyon manat (21,9 faiz), Quba-Xaçmaz - 128,7 milyon manat (21,3 faiz), Lənkəran - 301,6 milyon manat (23,5 faiz), Şəki-Zaqatala - 161,8 milyon manat (20,5 faiz), Yuxarı Qarabağ - 73,22 milyon manat (20,4 faiz), Kəlbəcər-Laçın - 28,51 milyon manat (25,5 faiz), Naxçıvan iqtisadi rayonu üzrə isə 107,96 milyon manat (13,4 faiz) təşkil edib.
Oktyabrın 1-nə olan vəziyyətə görə, banklar tərəfindən 17 631,59 milyon manat kredit verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 19,2 faiz çoxdur.
Azərbaycanda 44 bank fəaliyyət göstərir.
Bu xəbər oxucular tərəfindən 772 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed