Şrift:
İşıqlı Atalı Əlirza Amanbəyliyə başsağlığı verib
02.11.2014 [15:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyliyə anasının vəfatı münasibətilə başsağlığı verib. 
Başsağlığında deyilir: “Sayğılı Əlirza bəy! Əziz ananız Fatimənin vəfatından kədərləndiyimi bildirir, Sizə, doğmalarınıza başsağlığı verirəm. Sizin üçün çətin olan bu anlarda ovundurucu söz demək mümkün deyil. Övladlarını Azərbaycan, insanlıq, türklük ruhunda böyütmüş ananızın xatirəsi ağılarda, ürəklərdə yaşayacaq. Bu yerdə İnam Atanın sözünü xatırlatmaq istərdim: “Ölüm iki cəhəti öldürə bilmir: yaxşı əməli və xatirəni”.
Soykökümüzdən gələn ülvi, ulusal, insani cəhətlər ölmür, itmir, bizdə yaşayır, bu cəhətləri insanlıq əmanəti kimi qoruyur, artırır, sabaha yetiririk. Ulus beləcə ölmür, itmir. 
Başınız sağ olsun! Türk Soyumuz var olsun!
Sayğılarla: Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı
1 İstək günü, Yağış Ayı, 36-cı il, Atakənd (01.11. 2014. Bakı)”.
Bu xəbər oxucular tərəfindən 1343 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed