03.11.2014 [03:38] - Xəbərlər, Hərb, Bildiriş
İsrail müdafiə ordusunun hərbçiləri ölkə ərazisinə Fələstin anklavından buraxılmış raketin partlayışından sonra Qəzza sektoru ilə sərhəddə iki sərhəd buraxılış məntəqəsini bağlayıblar. İnterfaks agentliyi bu barədə İsrail ordusunun adı açıqlanmayan nümayəndəsi xəbər verir.
""Erez" və "Kərəm Şalom" sərhəd keçidləri humanitar yardım istisna olmaqla, insanların və malların buraxılması üçün bağlanıb", - ordu nümayəndəsi vurğulayıb.
Ordudan bildiriblər ki, dünən yaraqlılar tərəfindən Qəzza sektorundan buraxılmış raket İsrailin cənubunda, Eşkol regional şurasının ərazisində partlayıb. Raket zərbələri nəticəsində xəsarət alan olmayıb.
Bu sentyabrın 16-dan sonra İsrailə vurulan ilk zərbədir.

Bu xəbər oxucular tərəfindən 886 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |