Şrift:
Pakistanda terror aktı baş verib, 48 nəfər ölüb
03.11.2014 [08:41] - Xəbərlər, Hadisə
Pakistanda növbəti terror aktı baş verib.

Pencap əyalətinin Hindistanla sərhəddəki Lahor şəhərində baş vermiş terror aktı zamanı 48 nəfər ölüb, 50-dən çox şəxs yaralanıb.

Pencapın polis rəisi Muştak Əhməd Şukhera hadisənin Hindistanla sərhəddəki keçid qapısında hər gün təşkil olunan kütləvi mərasim başa çatdığı vaxt baş verdiyini deyib. Həmin vaxt mərasimdə iştirak edənlərin arasına girən canlı bomba terror törədib.

Ölənlər arasında əsgərlərlə yanaşı mülki şəxslər, xüsusilə qadınlar və uşaqlar da var.

Qeyd edək ki, Pakistan Daxili İşlər Nazirliyi Məhərrəm ayında baş verə biləcək terror aktlarının qarşısını almaq üçün 32 min təhlükəsizlik və polis əməkdaşı cəlb edib.
Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed