04.11.2014 [11:42] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin Kayseri şəhərində ““Soyqırımı” yalanına ermənilərin 2015 hazırlıqları” adlı konfrans keçirilib.
APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, Kayseri şəhərindəki “Hunat“ Kültür Mərkəzində keçirilən tədbir Azərbaycan Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri, ermənişünas alim Qafar Çaxmaqlı tərəfindən təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çap olunan “İşğal və məskunlaşdırma fitnəkarlığı” kitabı təqdim edilib. Konfransda qeyd olunub ki, Qafar Çaxmaqlının yeni çapdan çıxmış kitabı Ermənistan-Azərbaycan münaqişəsi başlanan dövrdən bu günə qədər işğal olunmuş ərazilərə ermənilərin qanunsuz yerləşdirilməsini faktiki materiallarla çatdıran vəsaitdir. Kitabda daha çox erməni mətbuatının materiallarından istifadə olunub. Son illər bu istiqamətdəki fəaliyyətini Türkiyədə davam etdirən Qafar Çaxmaqlının kitabında ermənilərin Dağlıq Qarabağa olan iddialarının əsassızlığı sübut edilib.
Kitabda vurğulanıb ki, müxtəlif mənbələrdən, o cümlədən Ermənistan mənbələrində, ATƏT missiyasının hesabatlarında təsdiqlənən məlumatlara görə, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq 2013-cü ilə qədər Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə 25-27 min erməni köçürülüb. Bu köçürülmə siyasəti Ermənistan hökuməti, xaricdəki erməni diasporu tərəfindən dəstəklənib və maliyyələşdirilib.
Konfransın sonunda Qafar Çaxmaqlı kitabını imzalayaraq iştirakçılara təqdim edib.

Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |