04.11.2014 [12:29] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Sahib Məmmədov: “Hökumətlə vətəndaş cəmiyyətinin mövcud problemlərin həllinə başlaması təbii ki, bu qüvvələrə sərf etmir”
Fərəc Quliyev: “İnsan Hüyuqları üzrə Birgə Qrupunun fəaliyyətə başlamasını bəyənməmək, ona etiraz etmək qərəzli olmağın nəticəsidir”
2005-2008-ci illərdə fəaliyyət göstərmiş, vətəndaş cəmiyyəti və iqtidar nümayəndələrindən ibarət İnsan Hüuqları üzrə Birgə Qrupu məlumat verildiyi kimi artıq yenidən fəaliyyətini bərpa edib. Qrupun tərkibinə Azərbaycan millət vəkilləri, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşları, ölkənin tanınmış hüquq müdafiəçiləri, o cümlədən BMT-nin strukturlarında məşvərətçi statusa malik olan beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycandakı nümayəndələri daxildir. Belə bir işçi qrupunun fəaliyyətinin bərpası ölkə daxili və xaricdə yüksək qiymətləndirilir. Bu addımın atılması mövcud sahədə olan qüsurların dialoq və konstruktiv müzakirələr nəticəsində aradan qaldırılması üçün də əlverişli platforma sayılır.
Lakin mamaqlıdır ki, ölkədə insan haqlarının daha yüksək səviyyədə qorunmasına hesablanmış bu addım daxildə bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanıb. Onlar ölkə üçün mühüm əhəmiyyət kəsb edən bu addıma qarşı qərəzli mövqedən çıxış edərək, müxtəlif qarayaxma kampaniyası aparırlar. Aydın məsələdir ki, bu zaman da özlərinin xaricdəki hamilərinin sifarişlərini icra edirlər.
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri sədri, İşçi Qrupunun üzvü Sahib Məmmədovun fikrincə, İşçi Qrupunun fəaliyyətə başlamasını istəməyən qüvvələr ona qara yaxmaqla, ölkədə sivil atmosferin yaranmamasını, cəmiyyətlə hökumət arasında qarşıdurmanın olmasını istəyirlər: "Azərbaycanda da elə qüvvələr var ki, ölkədə vəziyyətin mürəkkəb olması, vətəndaş cəmiyyətilə hökumət arasında uçurumun olmasında maraqlıdırlar. Bu, onlar üçün biznes deməkdir. Avropada çoxsaylı təşkilatlar var ki, nəinki Azərbaycanda, habelə region üzrə xeyli vəsait, qrant əldə edib və onların bu istiqamətdə işləri davam edir. Hökumətlə vətəndaş cəmiyyətinin mövcud problemlərin həllinə başlaması təbii ki, bu qüvvələrə sərf etmir. Ona görə də, bərpa edilən İşçi Qrupuna münasibətdə belə bir tendensiyanın baş verəcəyini gözləyirdik. İşçi Qrupu yaranmamışdan öncə də mətbuatla bildirmişdik ki, həmin qrupun yaradılması fonunda ona qarşı misli görünməmiş basqılar olacaq. Gördüyümüz kimi, oldu da. Bu, o qüvvələrdir ki, insan hüquqları adında bizneslə məşğuldurlar. Onlar üçün kiminsə həbsdə olması, azadlıqda olmasından daha yaxşıdır. Tərtib etdikləri siyahıda məşhur adamların olması onlar üçün seçkilərdə tanınmış siyasətçinin öndə olması kimi bir prosesdir. Bu adamların azadlığa çıxması ilə əlbəttə ki, sonradan həmin siyahılar "legitimliyini” itirə bilər. Ona görə də, onlar birgə İşçi Qrupunun yaranıb fəaliyyətə başlamasında maraqlı deyillər. Dünən müdafiə etdikləri, əqidə dostu adlandırdıqları şəxsin əfv ərizəsi yazması kifayətdir ki, işimizə qarayaxma ilə məşğul olanlar üçün bu insanlar düşmənə çevrilsin. Belədə həmin insanın ünvanına böhtan, təhqirlər yağdırır, onu satqın adlandırırlar. Bu mənada fəaliyyətimizə qara yaxmaq istəyən bu qüvvələr özləri özlərini ifşa edir. Hətta onlar beynəlxalq qurumları da belə bir dialoqun başlamasını alqışlamalarına görə də təhqir etməyə, onlara böhtan yağdırmağa başlayıb. Bu yolla da özləri özlərini ifşa edirlər. Xaricdə onların bu əməlindən "xeyir” götürən qüvvələr isə özlərinin haqlı olduqlarını ortaya qoymaq üçün gözləyir ki, hansısa bir boşluq, geri çəkilmələr olsun. Onlara qarşı mübarizədə ən yaxşı mübarizə heç şübhəsiz İşçi Qrupunun işinin səmərəlliyi olacaq. Bu fəaliyyət səmərəli olduqca, onlar da ifşa olunacaq”.
Millət vəkili Fərəc Quliyev düşünür ki, qrupun yaranmasına düşmən münasibət bəsləmək, həmin qüvvələrin qərəzçiliyindən irəli gəlir: "İnsan Hüquqları üzrə Birgə Qrupunun fəaliyyətə başlamasını bəyənməmək, ona hər hansı formada etiraz etmək, bu, etiraz istər daxildən, istərsə də, xaricdən olsun, tam qərəzli olmağın nəticəsidir. İşçi Qrupu bilirsiniz ki, çoxdan yaranıb. Sonra fəaliyyətini bir müddət dayandırdı. Fəaliyyətini dayandırmağın əsas səbəblərindən biri də xarici beynəlxalq təşkilatların, monitorinq qruplarının qərəzli yanaşması oldu. Avropada siyasi məhbus termininə aydınlıq gətirilmədiyi bir zamanda, Azərbaycanda qanun pozuntuları ilə saxlanılan adamlara bu yarlığı vurmaq və onların azadlığını istəmək qarışıqlıq yaratdı. Amma Azərbaycan tərəfi yenə də ortaya iradə qoydu və sübut etmək üçün addım atdı ki, kimsənin təzyiqi olmadan, ölkədə insan hüquqları ilə bağlı məsələni araşdırmaq iqtidarındadır. Bu zaman heç bir tövsiyəyə ehtiyac da yoxdur. Hökumətin insan hüquqları ilə məşğul olan müəyyən qurumları, prokurorluq, təhlükəsizliklə bağlı nazirlikləri var. Amma yaranan İşçi Qrupu həm də ictimaiyyət nümayəndələrindən formalaşır və hökumətlə cəmiyyət arasında körpü rolunu oynayır. İstənilən QHT, insan hüquqları ilə məşğul olan şəxs burada öz fikirlərini bölüşərək ortaq nöqtə tapmaq imkanları əldə edər. Yəni, ictimai nəzarətin təmin edilməsi, gücləndirilməsi üçün yaranmış bu quruma artıq hər hansı bir formada irad tutmaq qərəzdən başqa bir şey deyil. Qurumun yaranmasını alqışlayır və hesab edirəm ki, demokratiya və insan hüquqları sahəsində Azərbaycan tərəfindən iradənin ortaya qoyulması üçün kimsənin təzyiq və tövsiyəsi olmadan, daxildə hüquqlarla bağlı gerçək addımlar atmaq iqtidarındayıq”.
Rüfət NADİROĞLU

Bu xəbər oxucular tərəfindən 1057 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |