04.11.2014 [13:48] - Hərb
Son zamanlar Rusiyanın qırıcı və bombardmançıları tez-tez Avropanın hava məkanına daxil olmağa başlayıb. Bu cür bəyanatı NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı (fərmandeh) Filip Bridlav keçirdiy mətbuat konfransında çıxış edərkən səsləndirib. Onun sözlərinə görə, son zamanlar belə müdaxilələrin sayında ümumi artım müşahidə olunur. "Burada diqqət çəkən fakt odur ki, əvvəllər hava məkanını kiçik qrup təyyarələr pozurdu - bəzən bir və ya iki. Lakin ötən həftə biz daha böyük qrupların hava məkanına daxil olduğunun muşahidə etdik» - deyə Bridlav bildirib.
O, qeyd edib ki, bu cür güc nümayişi Avropanın hava məkanında sabitlik və təhlükəsizliyə heç bir müsbət təsir göstərmir və bu problemdir. Eyni zamanda o, əmin edib ki, NATO hərbiçilərinin cavabı təcili olub.

Bu xəbər oxucular tərəfindən 813 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |