04.11.2014 [15:10] - Siyasət
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer noyabrın 3-də jurnalistlərlə görüşündə 5+1 qrupunun (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) İranla apardığı nüvə müzakirələrindən danışıb.
Ştaynmayer deyib ki, Tehranla nüvə danışıqları nəticə verməsə, İranı Qərbin daha ağır sanksiyaları gözləyir: “İran nüvə probleminin həllini istəyirsə, biz Tehrana elə bir təklif edə bilərik ki, asanlıqla onu rədd edə bilməsin. Danışıqlar məğlubiyyətə uğrasa, ABŞ İrana qarşı daha böyük sanksiyalar tətbiq edəcək. Barak Obamanın prezident vəzifəsi müddətinin başa çatmasına iki il qaldığını nəzərə alsaq, demək olar ki, Tehranla danışıqları bərpa etmək üçün heç bir şans qalmayacaq”.
İranla 5+1 qrupu arasında nüvə danışıqlarının noyabrın 24-nə qədər nəticə verəcəyi gözlənir.

Bu xəbər oxucular tərəfindən 642 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |