05.11.2014 [01:28] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) atdığı konkret addımı, nədənsə, görmürük . Real vəziyyət ondan ibarətdir ki, bizim insanlarımız girovluqdadırlar və əziyyət çəkirlər".
Bu fikirləri Aktual.az-a millət vəkili Fərəc Quliyev Ermənistan silahlı birləşmələri tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin mövqeyinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, dünyanın heç yerində işğalçı dövlət işğal etdiyi ərazilərdə yanlış torpaq siyasəti yürütmür:
"Yəni ərazi işğal olunduğu halda belə, yerli əhali həmin ərazidə yaşayır. Şahbaz Quliyev və Dilqəm Əsgərov da öz torpaqlarına doğmalarının qəbirlərini ziyarət etməyə gediblər və həmin yerdə Ermənistan silahlı birləşmələri tərəfindən girov götürülüblər. Bunlar döyüşçü olsaydılar, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların susqunluğunu, soyuq davranışını başa düşmək olardı. Ancaq dinc sakinlərlə bağlı bu təşkilatların davranışı bir daha göstərir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatlar bu məsələdə birtərəfli mövqe nümayiş etdirir, Ermənistan tərəfə haqq qazandırırlar".
F. Quliyev deyib ki, Azərbaycan tərəfi heç vaxt Ermənistan tərəfdən dinc sakinləri girov götürməyib:
"Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıları öz vətəndaşlarımız kimi qəbul edirik. Hesab olunur ki, onlar da Ermənistanın girovluğundadırlar. Ermənistan tərəfin əsgərləri Azərbayacana əsir düşəndə Beynəlxalq Qızıl Xaç Komitəsi və digərləri onların qaytarılması üçün böyük çaba göstərir. Ancaq bizim dinc sakinlərimiz öz vətənlərində doğmalarının qəbirlərini ziyarət etməyə gedirlər, girov götürülürlər və Beynəlxalq Qızıl Xaç komitəsi susur".
Məlumat üçün bildirək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında olan Kəlbəcər rayonunda girov götürülüblər. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) azərbaycanlı girovların, beynəlxalq hüquq normalarına zidd olaraq, 2014-cü il oktyabrın 27-də Xankəndində separatçı rejim tərəfindən “məhkəmə”sinin keçirilməsinə haqq qazandıran bəyanatlarla çıxış edib.

Həsən Babayev/Aktual.az
Bu xəbər oxucular tərəfindən 931 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |