26.12.2011 [15:05] - Mədəniyyət
TÜRKSOY 2012-ci ildə Novruz şənliklərini İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ISESCO) ilə əməkdaşlıq şəraitində Mərakeşin paytaxtı Rabat şəhərində keçirilməsinə qərar verib. İSESCO-nun Rabatdakı mərkəzində türk dünyasına həsr olunan foto-sərgi keçirilib. Açılış mərasimində ISESCO-nun baş direktoru Əbdüləziz Otman Əl-Tüveycri, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov, Azərbaycanın Mərakeşdəki səfiri və Türkiyə səfirliyinin əməkdaşları iştirak ediblər.
Tədbir zamanı tərəflər arasında 2012-ci ildə ortaq həyata keçiriləcək fəaliyyət növləri müəyyənləşdirilib. Razılaşmaya görə, 2012-ci ildə Rabatda Novruz bayramının müştərək şəkildə qeyd olunması, kitabxanalar arasında əməkdaşlıq, nadir əsərlərin və əlyazmaların qorunması üçün birgə addımlar atılacaq.

Bu xəbər oxucular tərəfindən 1565 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |