Şrift:
Rövnəq Abdullayev: Azərneftyağ fəaliyyətini dayandıracaq
05.11.2014 [14:28] - Sosial
“Azərneftyağ” Neft Emalı Zavodunun yaxın 2-3 ilə istismarının dayandırılması planlaşdırılır.

Bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

ARDNŞ prezidenti qeyd edib ki, istismarın dayandırılmasından sonra zavodun binası da söküləcək: “Zavodun fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görülür. Yəqin ki, 2017-ci ilə bitum və müəyyən yağ istehsalı Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçiriləcək. Bundan sonra isə zavodun istismarı dayandırılacaq”, - deyə o əlavə edib.
Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed