Şrift:
Erməni girovunda olan Azərbaycanlı məhkəmədə ifadə verməkdən imtina edib
06.11.2014 [00:04] - Xəbərlər, Hərb, Bildiriş
Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin növbəti "məhkəmə" prosesi olub."Proses" işğal altında olan Xankəndidə keçirilib.

Qondarma məhkəmənin ittiham edilənlərindən olan Dilqəm Əsgərov bu dəfə ifadə verməkdən imtina edib. O, lazım olan hər şeyi ilkin istintaqda dediyini xatırladaraq suallar olarsa prokurordan soruşmalarını bildirib.

Qeyd edək ki, "məhkəmə"də bu dəfə də azərbaycanlı girovların başı üzərində üzü maskalı şəxslər dayanıb. Onlar ötən dəfəkindən fərqli olaraq gödəkçədə olublar.

Xatırladaq ki, azərbaycanlı girovlar iyulun 2-də Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Onlar doğmalarının məzarlarını ziyarət etmək üçün işğal edilən Kəlbəcərə gediblərmiş.
Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed