Şrift:
GƏNCLİYİN «ŞƏRQ»İNİ TƏBRİK EDİRƏM
06.11.2014 [01:29] - Xəbərlər, Gənclik, DAVAMın yazıları
«Şərq» qəzeti nəşrə başladığı dövrdən ətrafına geniş savadlı oxucu auditoriyası toplayıb. «Şərq» qəzeti sözün əsl manasında gəncliyin qəzeti olub. Onun səhifəsində Azərbaycan gəncliyinin yazam tərzinə, izlədiyi problemlərə dair müxtəlif mövzularda əhatəli, analitik məqalələr dərc edib. Mən dəfələrlə şahidi olmuşam ki, metro qatarlarında, avtobuslarda, gənclərin toplaşdığı yerlərdə gənclərin əlində həmişə «Şərq» qəzeti olub və bu qəzeti sevə-sevə oxuyurlar. Bu qəzet indi də hamı tərfindən maraqla oxunur.
«Şərq»in oxucular üçün belə sevimli olması əlbəttə ilk növbədə bu qəzetin tutduğu yolun sadəliyindən, hadisələrə insani münasibətlərindən, qəzetin problemlərinə geniş yer verməsindən irəli gəlir. Saydığımız bu müsbət keyfiyyətlərə görə, «Şərq»
qəzetınin oxucu auditoriyası bu günün özündə də artmaqdadı. Operativ məlumatlar, qaynar xəbərlər, analitik təhlilli yazılar «Şərq» qəzetinin tutduğu yolun
özü peşəkar jurnalitiskaya istiqamətləndiyini bu gün də sübut edir.
«Şərq» qəzetinin özünəməxsus yaradıcı kollektivi var. Onun səhifələrində Yadigar Cəfərli, Vəfa Allahverdiyeva, Teymur Turan, Mətanət Rzayeva, Təranə Yusifqızı kimi müəlliflərin dəsti-xətti, üslubu yazı materialı, hadisələrə operativ jurnalist baxışı və çap olunan yazıların səviyyəsi dəyərli oxucular tərəfindən həmişə dəyərləndirilib. Baş redaktor Akif Aşırlının da şübhəsiz bu kollektivin formalaşmasında əməyi danılmazdı. 28 ildir ki, Akif Aşırlı yorulmadan, usanmadan «Şərq»in kollektivinə rəhbərlik edir.
Mən də həmişə oxuduğum, ehtiyac duyduğuim bu qəzeti «Şərq»i 18 yaşının tamam olması münasibəti ilə təbrik edirəm, redaksiya heyətinə və jurnalistikanın enişli-yoxuşlu yollarında yaradıcılıq uğurları arzulayıram. Qələminiz həmişə kəsərli olsun!

Vəli SƏMƏDLİ
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu xəbər oxucular tərəfindən 1026 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed