Şrift:
Elxan Şükürlünün təşkilatı dövlət qeydiyyatına alındı
07.11.2014 [15:07] - Xəbərlər, Siyasət
Ədalət Partiyasının keçmiş sədr müavini, tədqiqatçı-jurnalist Elxan Şükürlünün rəhbərlik etdiyi “İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi bu günlərdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Elxan Şükürlü məlumatı Lent.az-a təsdiqləyərək bildirib ki, onunla bərabər təşkilatın İdarə Heyətində əsasən tədqiqat işi ilə məşğul olan şəxslər və jurnalistlər – araşdırmaçı-yazarlardan Namiq Hacıheydərli, Milli Arxiv İdarəsinin əməkdaşı Aslan Kənan, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Müzəffər Hüseynov, jurnalist Vidadi Ordahallı və daha bir neçə tanınmış imza sahibləri təmsil olunurlar.

Qeyd edək ki, E.Şükürlü özü uzun müddət müxtəlif mətbuat orqanlarında əsasən analitik və araşdırma yazılarla çıxış edib, 2000-2011-ci illərdə isə Ədalət Partiyasının sədri İlyas İsmayılovun mətbuat və informasiya məsələləri üzrə müavini olub. 2011-ci ildə MSK-nın yeni tərkibinin formalaşması üçün Milli Məclisə göndərilən partiya siyahısından adı çıxarıldığından, Ədalət rəhbərliyi ilə ciddi narazılığı yaranıb. Bu narazılıq E.Şükürlünün Ədalət Partiyasından istefa verməsi ilə nəticələnib.
Bu xəbər oxucular tərəfindən 955 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed