Şrift:
İŞİD Rusiyada!
08.11.2014 [12:23] - Hadisə
“LifeNews” kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Moskva ətrafındakı şose (otoban) yollarda gecə saatlarında pusqu quraraq azı 14 nəfəri öldürmüş bandanın üzvlərindən 10 nəfərin adını açıqlayıb.
Adıçəkilən telekanalın verdiyi xəbərə görə, həmin siyahıdan məlum olur ki, onların hamısı özbək və taciklərdir. Həmçinin Moskva ətrafındakı Ramensk rayonunda keçirilən əməliyyat zamanı xüsusi təyinatlılara qumbara atan və cavab atəşi ilə öldürülən, banda başçısı olduğu deyilən şəxsin cəsədinin fotosu da yayılıb.

Rusiya Daxili İşlər Nazirliyi əməliyyatın keçirildiyini təsdiqləyib və əlavə məlumat verməyib. Bununla belə məlum olub ki, saxlanılan şəxslər ilkin ifadələrində tikintidə fəhlə işlədiklərini deyiblər. Hələlik banda üzvlərinin İŞİD-lə (İraq və Şam İslam Dövləti) əlaqəsinin olduğu rəsmən təsdiqlənməyib.
Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed