11.11.2014 [15:23] - Xəbərlər, Siyasət
Beynəlxalq tədbirə Azərbaycan nümayəndə heyəti müdafiə naziri general polkovnik Zakir Həsənovun rəhbərliyi altında qatılıb.
İclasda nazirlər builki birgə fəaliyyətin hesabatını veriblər, 2015-ci ildə müştərək planlarla bağlı müzakirələr aparıblar. Əsas mövzu kimi 2015-ci ildə faşizm üzərində qələbənin 70 illiyinin qeyd edilməsi ətrafında fikir mübadiləsi aparılıb.
2020-ci ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsi də müdafiə nazirlərinin müzakirə mövzusu olub. Görüşdə informasiya mübadiləsi, birgə təlimlər, radiasiya, kimyəvi və bioloji durumun qiymətləndirilməsi ilə bağlı metodik rəylər mövzusuna da toxunulub.
Sonda MDB Müdafiə Nazirləri Şurasının 67-ci iclasının yekununa dair birgə bəyannamə imzalanıb.
Qeyd edək ki, Ukrayna toplantıda iştirak etməyib.

Bu xəbər oxucular tərəfindən 556 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |