11.11.2014 [15:49] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Güney Azərbaycan aşıq məktəbinin istedadlı nümayəndələrindən biri də Əlyarlı Aşıq Qurban Pirvəlidir. Aşıq Qurban 1969-cu ildə Qaradağ bölgəsinin Əlyar kəndində doğulub və ilk təhsilini doğma yurdda aldıqdan sonra ailəsi ilə birlikdə Urmuyaya köçmüşlər. Qurban kiçik yaşlarından saza-sozə həvəs göstərmişdir, yeniyetmə dövründən məclislərdə püxtələşmiş aşıq kimi saz çalıb oxumaqla dinləyicilərin məhəbbətini qazanmışdır. El içində ustadlardan öyrənməklə, sənətini nümayiş etdirməklə şöhrətlənən sənətkar artıq iyirmi altı yaşında “Sarıtel” aşıqlar dəstəsi yaradır. Bu dəstə Urmunun radio-televiziya musiqi vahidi ilə əməkdaşlıq edir və bu mərkəzə böyük ödüllər qazandırır.
Güney Azərbaycanın ellərində istedadlı sənətkar kimi ad çıxaran Aşıq Qurban bədii yaradıcılığında da özünəməxsus dəst-xətlə şerlər demişdir. Onun deyimlərində lakonikliklə yanaşı bədii lövhələrdə sanki bir rəssamlıq təqlidçiliyi də vardır. “Dağlar” rədfli şeirlər aşıq yaradıcılığında fəlsəfi bir ucalıq, güvənc olmaqla yayılmışdır. Eyni zamanda, sənətkarlar öz daxili kədər və sevinclərini bölüşdürmək üçün haqq-ədalət tərəfdarı kimi dağla xitab etmişlər. Aşıq Qurban da bu ənənəyə müraciət etməklə dediyi şeirlər orijinallığı ilə başqalarından fərqlənir. Digər bir yanaşmada Aşıq Qurbanın didaktik qabiliyyətini də “Deyir” rədifli şerində görürük. El sənətkarı Aşıq Qurban şeirlərində Azərbaycan mövzusu və arzuları da öz əksini tapmışdır. Mən bir oxucu kimi onun yaradıcılığını yüksək qiymətləndirirəm və “kəndimiz” adlı şeir kitabından bir neçə şeirini sizə təqdim edirəm.
DAĞLAR
Təbiətin gözəlliyi
Sevinc verir mənə, dağlar.
Hər fəsildə bir boyağı-
Yazda gəlir cana dağlar
Cənnət kimi hər bir yerin,
Bulaqların sərin-sərin,
Çox hikmətin dərin-dərin,
Gəlməyir heç sana, dağlar.
Yer üzünün ləngərisiz,
İgidlərin səngərisiz.
Qurbanın dil əzbərisiz,
Üzüm dönməz yana, dağlar.
DAĞLAR
Gah qar-yağış, gah boranlı-
Nə yamandı qışın, dağlar!..
Gah üstünü duman alır,
Görünməyir başın, dağlar.
Açıb-solan gül görübsən,
Ağır-ağır el görübsən...
Neçə belə il görübsən,
De neçədi yaşın, dağlar?
Səfalıdır bahar çağın,
Gəzməlidir yal, yaylağın.
Yazda gəlir çox qonağın,
Gəzir bulaq başın, dağlar.
Sizdən ilham alıb Qurban,
Telli sazın çalıb Qurban.
Həsrətində qalıb Qurban,
Tökər gözdən yaşın, dağlar!
AZƏRBAYCAN
İran əgər bir baş olsa,
Ona başdı Azərbaycan.
Torpağının altı-üstü
Daşdı-qaşdı, Azərbaycan.
İnqilablar təməl qoydu,
Düşmənlərin gözün oydu.
Bu dünyaya səsin yaydı,
Bir yol açdı Azərbaycan.
Səttarxanın şöhrət-şandı,
Vətən üçün içdi andı...
Ayrılıqdan qəlbi qandı...
Cüt qardaşdı Azərbaycan!..
Bəlalıdır Qurban başı,
Ayrı düşüb dost-qardaşı...
Kimsə bilməz nədir yaşı,
Daş yaddaşdı Azərbaycan!..
ÇƏKDİ
Qan axıdıb can alanı
Zalım zaman başa çəkdi,
Yazıq xalqa qan uddurub
Gözlərini yaşa çəkdi!
Kim çəksin bu elin odun.
Kim eşitsin yazıq dadın!..
Ellər azadlığın adın
Yadigar tək daşa çəkdi.
Aşıq Qurban desin sizə:
Əyri əyri dedi düzə!
Dərdimiz çoxaldı yüzə,
Zaman yazı qışa çəkdi!..
DEYİR
Danışanda yaxşı danış,
Deməsinlər, bica deyir.
Əməlincə olsa sözün,
Kimsə deməz:-Uca deyir!
İstəsən ki, olsun şirin,
Tapmalısan sözün yerin.
Birin desən, eşit birin,
Gör deyənlər necə deyir.
Saz əlində Aşıq Qurban
Sevib elin hər bir zaman.
Atalardan qalıb, inan:
-Çox güvənmə gücə!-deyir.
Hazırladı: Niftalı Göyçəli
Güney Azərbaycanın ellərində istedadlı sənətkar kimi ad çıxaran Aşıq Qurban bədii yaradıcılığında da özünəməxsus dəst-xətlə şerlər demişdir. Onun deyimlərində lakonikliklə yanaşı bədii lövhələrdə sanki bir rəssamlıq təqlidçiliyi də vardır. “Dağlar” rədfli şeirlər aşıq yaradıcılığında fəlsəfi bir ucalıq, güvənc olmaqla yayılmışdır. Eyni zamanda, sənətkarlar öz daxili kədər və sevinclərini bölüşdürmək üçün haqq-ədalət tərəfdarı kimi dağla xitab etmişlər. Aşıq Qurban da bu ənənəyə müraciət etməklə dediyi şeirlər orijinallığı ilə başqalarından fərqlənir. Digər bir yanaşmada Aşıq Qurbanın didaktik qabiliyyətini də “Deyir” rədifli şerində görürük. El sənətkarı Aşıq Qurban şeirlərində Azərbaycan mövzusu və arzuları da öz əksini tapmışdır. Mən bir oxucu kimi onun yaradıcılığını yüksək qiymətləndirirəm və “kəndimiz” adlı şeir kitabından bir neçə şeirini sizə təqdim edirəm.
DAĞLAR
Təbiətin gözəlliyi
Sevinc verir mənə, dağlar.
Hər fəsildə bir boyağı-
Yazda gəlir cana dağlar
Cənnət kimi hər bir yerin,
Bulaqların sərin-sərin,
Çox hikmətin dərin-dərin,
Gəlməyir heç sana, dağlar.
Yer üzünün ləngərisiz,
İgidlərin səngərisiz.
Qurbanın dil əzbərisiz,
Üzüm dönməz yana, dağlar.
DAĞLAR
Gah qar-yağış, gah boranlı-
Nə yamandı qışın, dağlar!..
Gah üstünü duman alır,
Görünməyir başın, dağlar.
Açıb-solan gül görübsən,
Ağır-ağır el görübsən...
Neçə belə il görübsən,
De neçədi yaşın, dağlar?
Səfalıdır bahar çağın,
Gəzməlidir yal, yaylağın.
Yazda gəlir çox qonağın,
Gəzir bulaq başın, dağlar.
Sizdən ilham alıb Qurban,
Telli sazın çalıb Qurban.
Həsrətində qalıb Qurban,
Tökər gözdən yaşın, dağlar!
AZƏRBAYCAN
İran əgər bir baş olsa,
Ona başdı Azərbaycan.
Torpağının altı-üstü
Daşdı-qaşdı, Azərbaycan.
İnqilablar təməl qoydu,
Düşmənlərin gözün oydu.
Bu dünyaya səsin yaydı,
Bir yol açdı Azərbaycan.
Səttarxanın şöhrət-şandı,
Vətən üçün içdi andı...
Ayrılıqdan qəlbi qandı...
Cüt qardaşdı Azərbaycan!..
Bəlalıdır Qurban başı,
Ayrı düşüb dost-qardaşı...
Kimsə bilməz nədir yaşı,
Daş yaddaşdı Azərbaycan!..
ÇƏKDİ
Qan axıdıb can alanı
Zalım zaman başa çəkdi,
Yazıq xalqa qan uddurub
Gözlərini yaşa çəkdi!
Kim çəksin bu elin odun.
Kim eşitsin yazıq dadın!..
Ellər azadlığın adın
Yadigar tək daşa çəkdi.
Aşıq Qurban desin sizə:
Əyri əyri dedi düzə!
Dərdimiz çoxaldı yüzə,
Zaman yazı qışa çəkdi!..
DEYİR
Danışanda yaxşı danış,
Deməsinlər, bica deyir.
Əməlincə olsa sözün,
Kimsə deməz:-Uca deyir!
İstəsən ki, olsun şirin,
Tapmalısan sözün yerin.
Birin desən, eşit birin,
Gör deyənlər necə deyir.
Saz əlində Aşıq Qurban
Sevib elin hər bir zaman.
Atalardan qalıb, inan:
-Çox güvənmə gücə!-deyir.
Hazırladı: Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1286 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |