Şrift:
MHP başqanı Ərdoğanı tənqid atəşinə tutdu!
12.11.2014 [10:48] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin müxalifət partiyası olan MHP-nin başqanı Devlet Bahçeli fraksiya iclasında bildirib ki, Ərdoğan millətin gözünə baxa-baxa dövlət xəzinəsini boşaldır.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid atəşinə tutub: "Sizdən alınan vergilər Ərdoğanın lüksü, kefi və eqosuna sərf edilir. O, necə və hansı haqla milyonları öz kefi üçün xərcləyə bilər? Sanki, Türkiyənin kupçi kağızı Ərdoğanın üzərinə yazılıb. Sanki, Türkiyə onun mülkü və mirasıdır. O qaranlıq saray Ərdoğanın üzünü güldürməyəcək, gün gələcək, məzlumların fəryadı o sarayın damını uçuracaq."
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed