Şrift:
İŞİD liderinin öldürüldüyü təsdiqlənir
12.11.2014 [11:09] - Gündəm, Hadisə
İŞİD (İraq və Şam İslam Dövləti) lideri Əbubəkr Əl-Bağdadinin ölməsi barədə xəbərlər artıq təsdiqlənib. Xəbəri təsdiqləyən qruplaşma üzvləri yeni lider seçməyə hazırlaşır. Əl-Bağdadi İraq ərazisinə endirilən hava hücumları zamanı ölüb.
"İŞİD"-ə yaxın twitter hesablarından birində qruplaşma liderinin öldürülməsi xəbəri təsdiq edilib. Səhifədə mövzu ilə bağlı belə bir bəyanat yazılıb: "Əbubəkr Əl-Bağdadinin öldürülməsiylə bağlı detalları paylaşacağıq və qısa müddətdə yeni xəlifə seçəcəyik".

ABŞ-ın Müdafiə Nazirliyinin sözcüsü Steven Varen isə açıqlamasında bildirib ki, hava hücumu ilə yaraladıqları Bağdadinin hazırki vəziyyətindən xəbərsizdirlər.

PKK terror qruplaşmasının bir qolu olan PYD və YPG silahlı qruplaşmaları Əbubəkir əl-Bağdadinin ölmüş halda olan yeni şəkillərini paylaşıblar.

Sosial mediada paylaşılan şəkillərdə İŞİD terror qruplaşmasının liderinin öldüyü göstərilir. Bununla belə, bəzi mənbələr şəkilin saxta olduğunu, ölənin əslində Suriyada öldürülən sıravi İŞİD döyüşçüsü olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 668 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed