Şrift:
İranla Ermənistan arasında dəmir yolunun tikintisinə dair saziş imzalanıb
12.11.2014 [11:13] - Güney Azərbaycan xəbərləri, Siyasət
İran və Ermənistan ötən axşam dəmir yolunun tikintisinə dair saziş imzalayıb. Bunu İranın yol və şəhərsalma naziri Abbas Axundi deyib.
A.Axundi bildirib ki, Ermənilər öz dəmir yollarını İranın Culfa şəhərinin dəmir yoluna birləşdirmək istəyir. “Ermənistan əmin olmaq istəyir ki, öz dəmir yolunu İran dəmir yoluna birləşdirəcək. Biz bu barədə onlarla əməkdaşlıq etməyə hazır olduğumuzu elan etdik və ötən axşam saziş də imzaladıq”. Bu barədə Trend İranın Fars agentliyinə istinadən məlumat verir.

İranlı nazirin sözlərinə görə, İran və Ermənistan arasında tikiləcək dəmir yolunun uzunluğu 382 kilometr olacaq: “Dəmir yolunun 80 kilometri İran ərazisində, 302 kilometri isə Ermənistan ərazisində inşa ediləcək. Hazırda İran bu istiqamətdə araşdırmalara başlayıb".
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed