12.11.2014 [11:48] - Hadisə
Direktor məktəbə sürücü qəbul etmək üçün 1000 manat rüşvət alıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətxorluqda təqsirləndirilən Tahir Qüvvətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Prosesdə hökm oxunub. Hökmə əsasən, T. Qüvvətov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin T. Qüvvətovla bağlı yaydığı məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nin Siyəzən rayon sürücülük məktəbinin direktorunun qanunsuz əməlləri barədə 161 “Qaynar xətt” əlaqə mərkəzinə şikayət daxil olub. Daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı sürücülük məktəbinin direktoru Tahir Qüvvətovun rayon sakinindən həmin məktəbə sürücü vəzifəsinə işə qəbul etmək üçün 1000 manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan cinayət işi başlanılıb. Başlanmış cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |