12.11.2014 [13:17] - Güney Azərbaycan xəbərləri, Hərb
İranın Qərblə nüvə danışıqlarının yekunlaşması ərəfəsində ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi general Martin Dempsi jurnalistlərə açıqlama verib.
Martin Dempsi ABŞ-ın İranın nüvə təsisatlarına hərbi hücuma keçməyə qadir olduğunu söyləyib: “Amma hərbi hücum İranın nüvə proqramını məhv edə bilməz. Belə bir hücum sadəcə olaraq İranın atom silahına yiyələnməsini bir neçə il təxirə sala bilər. Lakin onu tamamilə dayandıra bilməz.
İranın nüvə proqramını problemə çevirən əsas məsələ sentrifuqaların sayı və ya ballistik raketlər deyil, bu proqramı yenidən bərpa etməyə qadir olan, mütəxəssislərdən ibarət bir insan resursudur”.
İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında aparılan nüvə danışıqlarının noyabrın 24-nə qədər nəticə verəcəyi gözlənir. Amerika hökuməti bildirib ki, danışıqların uzadılmasını istəmir.

Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |