13.11.2014 [11:39] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
Ermənistan parlamentində qondarma “Dağlıq Qarabağ Respublikası”ın (DQR) “müstəqilliyinin” tanınmasına dair müxalif deputat (millət vəkili) Zauru Postancyan tərəfindən irəli sürülmüş qanun layihəsinin səsverməsi başa çatıb.
GünAz TV mətbuat mərkəzi “virtualaz.org”a istinadən xəbər verir ki, qanun layihəsi səsə qoyulanda deputatların böyük əksəriyyəti iclas zalını tərk edib. Nəticədə “DQR”in tanınmasının lehinə cəmi 8 deputat səs verib, 1 deputat bitərəf qalıb, əleyhinə heç kim səs verməib.
Layihə səsverməyə çıxarılmazdan əvvəl parlamentin xarici əlaqələr komitəsinin rəhbəri, hakim Respublika partiyasını təmsil edən Artak Zakaryan deyib ki, bu cür layihə artıq dördüncü dəfədir təqdib edilir. O, qeyd edib ki, bu cür sənədin qəbul edilməsinin vaxtı çatmayıb. “Nə vaxt belə layihənin qəbul edilməsi məqsədyönlü olsa o zaman parlamentin bütün üzvlərinin təşəbbüsü ilə müzakirəyə çıxarılacaq və yekdiklliklə qəbul ediləcək” Zakaryan bildirib.
Layihə parlamentə təqdim ediləndə hakim partiyadan olan deputatlar deyiblər ki, “DQR”in tanınması Azərbaycanın müharibəyə başlamasına səbəb olacaq və bu səbəbdən təşəbbüs yersizdir.

Bu xəbər oxucular tərəfindən 1064 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |