Şrift:
NATO Ermənistan Hərbi Hava Qüvvələrinin helikopterinin vurulması hadisəsindən narahatdır
13.11.2014 [12:15] - Gündəm, Hərb
Qurum rəsmisi Bakı və İrəvanı təmkin göstərməyə çağırdı


Bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.

O qeyd edib ki, qoşunların təmas xəttini pozduğu üçün Azərbaycanın hərbi qulluqçuları tərəfindən Ermənistan helikopteri vurulub.

Ceyms Appaturayın fikrincə, münaqişə sülh yolu ilə həll edilməlidir: "Hadisənin təfərrüatından asılı olmayaraq tərəflər təmkinlik göstərməlidir və münaqişənin diplomatik həllinə nail olunmalıdır", - deyə Appaturay qeyd edib.
Bu xəbər oxucular tərəfindən 851 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed