13.11.2014 [13:49] - Gündəm, Hərb
Azərbaycanın Müdafiə Nazirliyi cəbhə xəttində vurulan Ermənistan helikopteri ilə bağlı əlavə məlumat yayıb. “Media forum” saytının məlumatına görə, Müdafiə Nazirliyi bildirir ki, əldə olunan dəqiqləşdirilmiş bilgiyə əsasən, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar. “Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Müdafiə Nazirliyi əlavə olaraq bildirir ki, ilkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçusu həlak olub”.

Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |