13.11.2014 [14:48] - Güney Azərbaycan xəbərləri, Siyasət
ABŞ prezidenti Barak Obama Senata və Nümayəndələr Palatasına məktub yazaraq İrana qarşı fövqəladə vəziyyəti daha bir il uzatdığını bildirib.
İrana qarşı fövqəladə vəziyyəti 1979-cu ildə prezident Ceyms Karter tətbiq edib. Həmin vaxtdan ABŞ prezidentləri hər il onun müddətini uzadır.
Obamanın Konqresə məktubunda deyilir: “ABŞ-la İran arasında münasibətlərin hələ də adi vəziyyətə qayıtmadığını və 1981-ci ildə İranla imzalanan razılaşmadakı bütün müddəaların tam icra olunmadığın nəzərə alaraq İrana qarşı milli fövqəladə vəziyyətini daha bir il uzadıram”.
Tehranla Vaşinqton 1981-ci ildə Əlcəzairin vasitəçiliyi ilə razılaşma imzalayaraq ABŞ-ın İrandakı səfirliyinin işğal olunması və amerikalı diplomatların girov götürülməsindən yaranan böhrana son qoydular. Lakin həmin razılaşmadakı bəzi müddəaların icrası xüsusunda fikir ayrılığı və ixtilaflar olduğuna görə tərəflər yaranmış problemi bu günə qədər tam həll edə bilməyiblər.

Bu xəbər oxucular tərəfindən 828 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |