Şrift:
Urmiyədə Voleybol müsabiqəsində milli şüarlar səsləndirildi
14.11.2014 [10:44] - Güney Azərbaycan xəbərləri, İdman
Uzun illərdir azərbaycanlılar hər bir fürsətdən istifadə edərək İran rejimi tərəfindən pozulan milli və demokratik hüquqlarını dilə gətirirlər. Son illərdə Güney Azərbaycanın idmam komandalarının müsabiqələri soydaşlarımız üçün bir fürsətə çevrilib və milli istəklərin gündəmə gətirilməsində xüsusi rol oynamaqdadır. Əsasn Təbrizin məşhur “Traxtur” futbol takımının müsabiqələrində yaşanan həyəcan bəzən digər idman komandalarının müsabiqələtrində də yaşanır.
Məlumata görə, dünən Güney Azərbaycanın Urmiyə şəhərində bu şəhərin “Şəhrdari” voleybol takımı ilə Tehranın “Novin-i keşavərz” takımı arasında müsabiqə keçirilib. (3 – 0) hesabı ilə Urmiyənin “Şəhrdari” takımının xeyirinə sona çatan müsabiqədə minlərlə soydaşımız tamaşaçı qismində iştirak edib. 6000 nəfərlik Ğədir stadionunda 7000 nəfər tamaşaçı olub və 2000 nəfərdən çox insan qapılar arxasında gözləməli olub.

Voleybol tamaşaçıları “Traxtur”un müsabiqələri kimi bir çox şüarlar səsləndirib və stadionda xüsusi həyəcan yaradıblar.

Onlar “İran federesyonu – Azərbaycanın düşməni”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Yaşasın Azərbaycan” və s. kimi şüarlar səsləndiriblər.

Müsabiqə İran üzrə voleybol klublarının super liqas rəqabətləri çərçivəsində həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed