14.11.2014 [13:03] - Siyasət
“Böyük Britaniyada terrorla mübarizə sahəsində yeni qanun tətbiq ediləcək və təhlükəsizlik tədbirləri gücləndiriləcək”.
“Euronews” in verdiyi xəbərə görə, bu barədə G-20 sammiti çərçivəsində Avstraliya parlamentində çıxış edən Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib.
D. Kemeron yeni qəbul olunacaq qanunun detallarını açıqlayıb. Qanuna əsasən, şübhəli şəxslərin ölkəyə giriş-çıxışı məhdudlaşdırılacaq. Uçuşların qadağan olduğu bölgələr siyahıya alınacaq, təhlükəsizlik yoxlamalarına uyğun gəlməyən aviaşirkətlərə qarşı müəyyən addımlar atılacaq.
Böyük Britaniyanın baş naziri İŞİD-in internetdəki fəaliyyətinin əngəllənməsi istiqamətində işlərin aparıldığını, terrorçu qruplaşmasının yaydığı videolarda terrorçuların qüsursuz ingliscə danışmalarının təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, terrorçuların əsas məqsədi bütün diqqəti İngiltərə üzərinə toplamaqdır.

Bu xəbər oxucular tərəfindən 554 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |