Şrift:
Azərbaycanda ağır fiziki işlər tədricən ləğv ediləcək
14.11.2014 [13:23] - Sosial
Azərbaycanda ağır fiziki işlər, o cümlədən qadınların sağlamlığı üçün təhlükəli olan işlər tədricən ləğv ediləcək.

“Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)”nda əməyin mühafizəsi, sanitar-sağlamlıq və əmək şəraitinin yaxşılaşdırılmasına, o cümlədən ağır fiziki işlərin, qadınların sağlamlığı üçün təhlükəli digər işlərin tədricən ləğv edilməsinə, istehsalatda travmatizmin və peşə xəstəliklərinin azaldılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar işlər 2014-2025-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə icra olunacaq.

Bundan əlavə, layihədə əmək şəraiti və əməyin mühafizəsi məsələlərinə aid qüvvədə olan qanunvericilik haqqında əhalinin məlumatlandırılması üzrə tədbirlərin, sənayedə işləyənlərin sağlamlığına təsir edən istehsal amillərinin qiymətləndirilməsi, peşə xəstəlikləri ilə bağlı dispanserləşdirmə və reabilitasiya işinin inkişafına yönəlmiş müvafiq tədbirlərin həyata keçirilməsi, müvafiq sanitar normaların, əməyin təhlükəsizliyi qaydalarının və əlverişsiz şəraitin sağlamlığa təsirinin azaldılmasının təmin edilməsi üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarətinin gücləndirilməsi və sənaye sahələrində qəza hadisələrinin qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlərin gücləndirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulub.

Layihədə həmçinin məktəblilərə qəza, xəsarət və zəhərlənmələr zamanı həkiməqədər ilk tibbi yardımın göstərilməsinin öyrədilməsi, yaşayış yeri olmayan, çətin həyat şəraitində olan şəxslər üçün müvəqqəti sığınacaqların yaradılması üzrə tədbirlərin həyata keçirilməsi, yol-nəqliyyat hadisələri nəticəsində baş verən ölüm və xəsarət hallarının azaldılması məqsədilə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, yollarda nizam-intizamın təmin edilməsi və yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi istiqamətində müvafiq işlərin görülməsi, məktəblərdə mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə dərslərin keçirilməsinin təmin edilməsi əks olunub.
Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed