14.11.2014 [14:09] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“İşğal olunmuş ərazilərimizdə ermənilər tərəfindən hərbi təlimlər keçirilməsi beynəlxalq qanunlara, konvensiyalara uyğun deyil. Sülh danışıqlarının getdiyi bir zamanda ermənilər tərəfindən hərbi təlimlər keçirilməsi o anlama gəlir ki, onlar danışıqlar prosesinin yalnız imitatsiyası, daxili və beynəlxalq rəyi aldatmaq, çaşdırmaqla məşğuldurlar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDH) sədri, millət vəkili Fərəc Quliyev deyib.
F. Quliyev bildirib ki, ermənilər mövcud status-kvonu saxlamaq və işğal olunmuş ərazilərimizdə hərbi qüvvələrinin sayını artırmaqla işğalı davamlı xarakterə keçirmək niyyətindədirlər: “Beynəlxalq ictimaiyyət bəyanatlarla kifayətlənməli deyil, buna öz səsini qaldırmalıdır. Eyni zamanda BMT Nizamnaməsinin VII bəndi və 41-42-ci paraqraflarına uyğun olaraq BMT-nin 4 məlum qətnaməni həyata keçirməsi üçün hərbi və ya qeyri-hərbi sanksiyalarla nəticə almalıdır. Çünki belə vəziyyət uzun müddət davam edə bilməz”.
Millət vəkili deyib ki, bu gün Azərbaycanı Ermənistanla əməkdaşlığa dəvət edənlər ərazilərimizi işğal edən ermənilərlə bizi bərabər tutmaqla beynəlxalq konvensiyalara hörmətsizlik edirlər: “Hesab edirəm ki, ərazilərimizin işğalda olmasına ilk olaraq beynəlxalq təsisatlar etirazını bildirməlidir. Bu olmadıqda isə Azərbaycan hərb yolu ilə torpaqlarının azad edilməsi haqqında düşünməlidir. Azərbaycanın 20 faiz ərazilərinin işğalda qalması büdcəmizin 20 faiz azalması, əhalimizin 20 faizinin öz yurd-yuvasından kənarda qalması deməkdir. Ona görə də hesab edirəm ki, Azərbaycan tərəfi kifayət qədər səbr, barış və sülhməramlı bir missiyada olduğunu nümayiş etdirib. Azərbaycan işğal faktını aradan qaldırmaq üçün dinc yolları məqbul saydı və beynəlxalq təşkilatlara, super dövlətlərə vaxt tanıdı. Bunlar baş vermirsə, Azərbaycan konstitusiya və beynəlxalq konvensiyalara uyğun olaraq, öz torpaqlarını işğaldan azad etməlidir”.
Elvin Abdulqədirov

Bu xəbər oxucular tərəfindən 1055 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |