15.11.2014 [11:01] - Siyasət
Azərbaycanla Fransa arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunması barədə razılıq əldə olunub.
Milli Məclisdən APA-ya verilən məlumata görə, iki ölkənin hökumətləri arasında əldə olunan saziş parlamentdə təsdiq olunması üçün Təhlükəsizlik və müdafiə komitəsinin iclasında müzakirəyə çıxarılıb.
“Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair Sazişin təsdiq edilməsi haqqında” sənəddə sazişin əhatə dairəsi, anlayışlar, səlahiyyətli orqanlar, təhlükəsizlik üzrə təsnifatın dərəcələri və qriflər, məxfi məlumata buraxılış, təhlükəsizlik qaydaları və digər maddələr öz əksini tapıb. Bildirilir ki, sənəd Azərbaycan dövlətinin maraqlarına cavab verir və mühüm əhəmiyyətə malikdir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |