15.11.2014 [11:58] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Jurnalistlər Federasiyasının rəhbəri onların aylardır yaxınlarından uzaq düşdüyünü deyib
"Ermənistan girov götürdüyü iki azərbaycanlını azad etməlidir". Bunu Türkiyə Jurnalistlər Federasiyası rəhbəri və İzmir Jurnalistlər Cəmiyyətinin sadri Atila Sertel deyib.
O, Azərbyacan vətəndaşları olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işğal altında olan Kəlbəcərə ata-anasının məzarını ziyarət etmək üçün getdiyini, onların yanında olan Həsən Həsənovun ermənilər tərəfindən qətlə yetirildiyini xatırladıb.
"Yaxınlarının məzarlarını ziyarət edənlərin tutulmasına heç bir hüquq icazə vermir. Azərbaycandakı həmkarlarımızdan əldə etdiyimiz məlumatlar və ailələrindən gələn reaksiyalardan sonra bu açıqlamanı etməyi borc bildik. Şəxsən və təmsil etdiyim qurum adından biz sülhün tərəfdarıyıq. Bunu ölkə daxili və xaricindəki platformalarda dilə gətiririk. Sülhün itirib, qazananı olmur. Üç aydan çoxdur yaxındır sevdiklərindən uzaq qalan Dilqəm və Şahbazın tez bir zamanda azad edilməsini istəyirik. Qardaş Azərbaycan və qonşu Ermənistan arasında uzun müddətdir davam edən problemin yeni müharibəyə şərait yaratmadan bitəsinə ümid edirik".

Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |