15.11.2014 [12:24] - Gündəm, Siyasət
ABŞ diplomatı "erməni soyqırımı"nın tanınması barədə sərsəmləyib
ABŞ-ın Türkiyədəki yeni səfiri Con Bass Türkiyə mətbuatına gündəm yaradacaq açıqlama verib. O deyib ki, 1915-ci ildə Osmanlı imperiyası dövründə törədilən "erməni soyqırımı"nın tanınması Türkiyənin və Ermənistanın maraqlarına cavab verir.
Diplomat "Hürriyyət" qəzetinə müsahibəsində bildirib: "Biz əvvəlki kimi, hesab edirik ki, o qorxunc hadisələrin, kütləvi qətllərin və faciələrin faktlarının açıq tanınması iki ölkənin maraqlarına cavab verir, həmçinin regionda sabitliyin möhkəmləndirilməsi üçün faydalı olar."
C.Bass söyləyib ki, 1915-ci ildə baş verən hadisələr son 20 ildə türk ictimaiyyətində geniş müzakirə olunur. "Biz bunu sağlam inkişaf hesab edirik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini və hərəkətini əhəmiyyətli adlandırırıq. O, bu ilin aprelində baş nazir kimi həlak olanların yaxınlarına başsağlığı verdi".
Xatırladaq ki, Türkiyə və Ermənistan arasında hazırda diplomatik əlaqə yoxdur. İki ölkə arasında 330 kilometrlik sərhədi 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlanıb. Buna səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir.

Bu xəbər oxucular tərəfindən 742 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |