15.11.2014 [15:25] - Gündəm, Türk dünyası-Turan, Müsahibə, Fərəc Quliyev
"Atatürkün 100 il əvvəl daşıdığı missiyanı ötən əsrin sonlarında Heydər Əliyev Azərbaycan xalqı üçün etmişdi"
Atatürkü anım günündə Ölkə.az millət vəkilləri Fazil Mustafa, Zahid Oruc və Fərəc Quliyevdən onun şəxsiyyətinin tarixdəki önəmi haqqında fikirlərini öyrənib.
Fərəc Quliyev: "Atatürk bütün türk dünyasında çox önəmli bir şəxsiyyətdir. Bunu hər kəs birmənalı şəkildə qəbul edib. Onun ortaya qoyduğu düşüncə, zehniyyət bütün türk dövlətlərinin formalaşması üçün əhəmiyyətli səbəb olub. Fiziki mənada Atatürkün özü olmasa da, onun zehniyyəti hələ də yaşayır. O, onun üzərinə gələn bütün təpkilərin qarşısını ala bildi. Mən hesab edirəm ki, bugünki Türkiyənin ayaq üstə durması Atatürk zehniyyətinə bağlıdır.
Bir zamanlar Türkiyədə dövlətçiliyə, Atatürk prinsipinə qarşı çıxış edənlər həm dövlət, həm də ictimaiyyət tərəfindən çox ciddi şəkildə qınanıldı. Son zamanlar isə Atatürk, türk düşmənlərinin "ip"ləri çox buraxılıbdır. Hesab edirəm ki, xarici dövlətlərə qulluq edən belə adamlar ciddi şəkildə cəzalandırılmalıdır. Çünki Türkiyə düşmənləri bilirlər ki, o zehniyyəti məhv etmədən, Türkiyəni məhv etmək mümkün deyil".
Zahid Oruc: "Mustafa Kamal Paşanın nəinki Türkiyə dövləti həyatında, bütövlükdə türk dünyasının dünənində, bu günündə, eləcə də gələcəyində çox böyük yeri var. Hər zaman insanlıq onun irsinə qayıdacaqdır. Təkcə ona görə yox ki, Osmanlı imperiyasının xırdalıqları üzərində tamamilə məhv ediləcək müasir Türkiyəni o, xilas etdi, ona görə yox ki, türk xalqının arzularından belə bir şəxsiyyət meydana çıxdı və o həmin dövrdə xilaskarlıq missiyasını reallaşdırdı. Həm də ona görə ki, 100 il öncə özünün baxışlar sisteminə görə, ortaya gələn bütün sahələrdəki addımlar hər dövr üçün müasirdir, yenidir, hətta qeyri-türk millətləri belə onun irsinə müraciət edib, Atatürk modelində dövlət qururlar və uğura çatırlar.
Məlum I Dünya müharibəsindən sonrakı dövr ərzində müxtəlif itkilər verən Osmanlının son dönəmi müasir Türkiyənin həyatı üçün daha ağrılı oldu. Amma o, məhz məlum savaşı başlatdırdı, önə çıxaraq o dövr üçün ən böyük hərbi, siyasi və iqtisadi gücə sahib olan dövlətlərə qarşı dirəniş göstərdi və Türkiyə Respublikasını bərqərar etdi. Bundan sonrakı dövr sadəcə dirənişlərlə məhdudlanmadı. O, həmin sistemin mənfi elementlərinin hər birini ləğv etdi. Türkiyənin Cümhuriyyət əsasında bərqərar etmək qərarını verdi. Dinin dövlətlə münasibətlərinin dəqiq modelini tapdı, bütün sahələr üzrə qlobal, əsrləri aşan islahatlara qədəm qoydu və türk dili ilə bağlı, o cümlədə digər sahələrdə - qadınların hüquqları onların dövlət idarəçiliyi sahələrində yeri və.s bütün başqa işlərlə türk xalqının atası rolunu ifadə edə bildi.
Şəxsiyyətinə isə müxtəlif münasibətlər hər zaman bəslənilibdir. Ancaq inkar etmək mümkün deyil ki, o dövr üçün Atatürkü əvəz edəcək başqa bir sima da yox idi. Müasir Türkiyə hələ də onun ideayalarına söykənərək davam edir. Onun bəşəriyyətə məxsus olduğunu hər kəs dərk edir, ona özünün idealı kimi baxan hər kəsə türk insanına bir qürur yaşadır. Hesab edirəm ki, əsalində Atatürkün 100 il əvvəl daşıdığı missiyanı ötən əsrin sonlarında Heydər Əliyev Azərbaycan xalqı üçün etdi. İki şəxsiyyət eyni bir millətin həyatında, sədəcə fərqli bir dövrlərdə misilsiz işlər gördü".
Fazil Mustafa: "Bütün Türkiyə Cümhuriyyətinin xilasında və Cümhuriyyətin qurulmasında böyük bir rolu olan tarixi şəxsiyyətlərdən biridir. O özünün həm hərbi, həm də diplomatik zəkası ilə Türkiyə üçün qalıcı bir sistem formalaşdıra bilib. Bütövlükdə mən müsbət xarakterizə edirəm, çünki Türkiyənin bu günki ən azı yaxın Şərqdə güclü, modern bir dövlətə çevrilməsində Atatürkün təməlini qoyduğu Cümhuriyyət sisteminin böyük rolu oldu. Bunu da məncə qiymətləndirmək və Atatürkə dəyər vermək lazımdır".
Daha sonra isə Fazil Mustafa Atatürkü tənqid edən türk yazarlara üzünü tutaraq belə dedi: "Tarixi şəxsiyyətləri tənqid etmək olar, ancaq təhqir etmək yolverilməzdir".
Xatırladaq ki, bu gün Türkiyənin ilk prezidenti olan Mustafa Kamal Atatürkün ölümündən 76 il ötür.
Ölkə.az

Bu xəbər oxucular tərəfindən 1381 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |