Şrift:
Qərbi Azərbaycan Türk ziyalılarından Rəşid Ələs oğlu Əliyev
16.11.2014 [12:57] - Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
Rəşid Ələs oğlu Əliyev 1931-ci ildə Krasnoselo(Çəmbərək) rayonunda Ardanış kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağrılmışdır. Hərbi xidməti başa vurub 1954-cü ildə İrəvan şəhər pedoqoji institutunun tarix, dil-ədəbiyyat fakültəsinə daxil olmuş və 1959-cu ildə ali təhsil üzrə diplom almışdır.
Rəşid Əliyev ali təhsil aldıqdan sonra Ardanış kən orta məktəbində müəllim kimi fəaliyyətə başlamış və iki il tədris işləri üzrə direktor müavini işləmişdir. Bundan sonra Krasnoselo rayon partiya komitəsində təlimatçı vəzifəsinə irəli çəkilmişdir. İdeoloji işdə işləməklə Bakı Ali Partiya məktəbinə göndərilmiş və məktəbi bitirdikdən sonra Bakı şəhəri Lenin rayon (indiki Sabunçu) partiya komitəsində təlimatçı işləmişdir.
1967-ci ildə AEA-nın fəlsəfə və hüquq institutunda elmi işçi kimi işə başlayan Rəşid Əliyev 1978-ci ildə “Şifahi xalq ədəbiyyatı...” mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. Respublikanın müxtəlif ali məktəblərində çalışdıqdan sonra 1971-ci ildə N. Nərimanov adına Tibb Universitetində dosent vəzifəsinə qəbul edilmişdir. 1990-cı ildə “Xalq müdrikləri ictimai fəlsəfi fikirin komponentidir” mövzusunda doktorluq dissertasiyası müdafiə etməklə doktor elmi dərəcəsi almışdır. Bu elmi dərəcədən sonra professor vəzifəsinə təyin edilmişdir.
Bir çox məqalələrin müəllifi olan Rəşid Əliyevin aşağıdakı kitabları çap olunmuşdur: “Uzun ömürlüyün sirləri”, “Müasir şəraitdə fəlsəfə fənninin tədrisinin bəzi məsələləri”, “Zərdüştliyin tarixi kökləri və sosial mahiyyəti”, “ Dinşünaslıq fənninə dair dərs vəsaiti”.
“Zərdüştliyin tarixi kökləri və sosial mahiyyəti” yazısında müəllif qədim Türk dini təfəkkürünün səma ilə yerin vəhtətində insan həyatı ilə bağlı əməyə münasibətin dəyərlərini önəmləmişdir. Yazıda göstərilir ki, insanların iqtisadi münasibətlərindən yaranan sosial əxlaq və hüquqlar səma inancını da istehsalla, ədalətli bölgü ilə əlaqədə görür. Bu fəlsəfi yanaşma Rəşid müəllimin apardığı dərin araşdırma və təhlillərdən sonra təqdim olunan inanc tariximizə aid dəyərli ilkin məlumat kimi qəbul olundu.
Tanınmış alim və el arasında ziyalı davranışları ilə, insani keyfiyyətləri ilə hörmət, ehtiram qazanmış zəkalı insan Rəşid Əliyev 1996-cı ildə dünyasını dəyişmişdir.

Hazırladı: Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1255 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed