17.11.2014 [10:20] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Elman Məmmədov: “Soruşan lazımdır ki, niyə 24 ildir, indiki qədər fədakarlıq etmirsiniz?!”
Fərəc Quliyev: “Bizim üçün yersiz tövsiyələrin heç bir mənası yoxdur”
Kəlbəcər girovlardan "xəbərsiz” olan Cen Psaki bu dəfə Ağdamda vurulan helikopterə reaksiya verdi. ABŞ Dövlət Departamenti tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yollu ilə həllinə, gərginliyin azalmasına, eləcə də atəşkəsə riayət edilməsi üçün səylərini artırmağa təklif edir. Oxşar çağırışlarla BMT baş katibi Pan Gi Mun da çıxış edib. Ancaq nədənsə o, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələrinin icrasına bu fonda nədənsə toxunmayıb. Helikopterin vurulmasında fəaliyyətsizliyinin rolu olan ATƏT-in Minsk qrupu da analoji narahatlıqla dolu bəyanat sərgilədi. NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay da Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində Ermənistanın döyüş helikopterinin vurulmasına münasibət bildirib. Appaturay özünün "Facebook” səhifəsində Ermənistan helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması barədə məlumatlardan narahat olduğunu bildirib: "İnsidentin hansı şəraitdə baş verməsindən asılı olmayaraq, hər iki tərəf səbirli olmalı və münaqişənin diplomatik həllinə davam etməlidir”,
Avropa İttifaqının xarici siyasət fəaliyyəti xidməti Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistan hərbi helikopterinin vurulmasından sonra münaqişə tərəflərini təmkinli olmağa çağırıb. Brüsseldən bildirilib ki, hər iki tərəf atəşkəs rejiminə ciddi riayət etməli, güc tətbiqi və güc tətbiq etməklə hədələməkdən çəkinməli və münaqişənin dinc yolla həllinə dair cəhdləri bərpa etməlidir.
Ancaq maraqlısı budur ki, adları çəkilən təşkilatlar ermənilərin işğalçılıq siyasətinə açıqlamalarında toxunmayıblar,Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini gündəmə gətirməyiblər. Burada da məsələyə ikili yanaşma sərgiləyiblər.
İkili yanaşma ilə bağlı Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Qarabağ müharibəsi veteranı Elman Məmmədov "Mövqe”yə bildirdi ki, beynəlxalq təşkilatlar 1988-ci ildən bəri ermənilərin azərbaycanlılara qarşı törətdikləri terrorlara, işğalıq faktorlarına biganədirlər: "Amma Azərbaycana öz haqqını qoruyan kimi beynəlxalq təşkilatlar buna biganə olmadı. Azərbaycanın addımında qeyri-adi nəsə yoxdur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanın hava məkanı icazəsiz pozulduqda dərhal alternativ tədbirlər görəcək. Helikopterin vurulması bunu sübut etdi. Xocalı aeroportu məsələsində də Azərbaycan eyni mövqeni ortaya qoymuşdu. Hətta Minsk qrupunun həmsədrlərinin bəyanatında vertolyotun vurulma yeri sərhəddə göstərilib. Amma vertolyot sərhəddə yox, Azərbaycanın ərazisində vurulub. Bu da Minsk qrupunun növbəti saxtakarlığıdır. Separatçılığıdır ki, bəyanatlarına "sərhəd” ifadəsini bilərəkdən ora daxil ediblər. Soruşan lazımdır ki, Ermənistana məxsus vertolyot Azərabaycanın ərazisində nə gəzir?! Niyə 24 ildir indiki qədər fədakarlıq etmirsiniz?! 3 aydan çoxdur ki, öz doğma yurduna silahsız gedən 3 mülki şəxsin taleyi sizi niyə maraqlandırmır?! 1990-cı illərdə Azərbaycanda törədilən terrorlardan niyə təşvişə düşümürsünüz?! Görünən odur ki, ATƏT-in Minsk qrupunun əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllini ləngitməklə Azərbaycanın səbrini tarıma çəkmək və məsələni nə cürsə ermənilərin xeyrinə həll etməkdir. Başqa beynəlxalq təşkilatların da mövqeyi təxminən buna yaxındır. Ancaq haqlı fikir bildirən ekspertlər də oldu”.
Məsələ ilə bağlı bigər millət vəkili Fərəc Quliyev beynəlxalq qurumların görəcəyi işi Azərbaycanın gördüyünü deyir: "Hazırda çox qəribə vəziyyət yaranıb. Beynəlxalq təşkilatlar "kompromis varianta gəlin”, "atəşkəsi pozmayın” çağırışları edirlər. Ancaq bu, təmas xəttindən erməni ordusunun geri çəkildiyi halda ola bilər. Yəni, Azərbaycanın ərazi bütövlüyü daxilində əvvəlki vəziyyət təmin olunsun. Ondan sonra tərəflərə müraciət etmək olar. Amma indi - ərazilərimiz işğal olunduğu halda beynəlxalq aləmin yalnız bir çağırışı olmalıdır: "BMT qətnamələrinə əməl edin”, "erməni qoşunları Azərbaycan ərazisindən çıxsın”. O vertolyotları biz vurmalı deyilik. BMT qətnamələrinin həyata keçməsi üçün o vertolyotları beynəlxalq təsisatların gücləri vurmalı idi. Belə olmadığı halda bizim üçün "təmkinli olun” tövsiyəsi qəbuledilən deyil. Bu, ermənilərin strategiyasına qulluq etməkdir. Çünki, onlar da indiki status-kvonu dəyişməz saxlamaq istəyirlər. Göründüyü kimi, böyük gücləri bu ərazidə müxtəlif, xüsusən də iqtisadi layihələrini həyata keçirmək üçün kimin ərazisinin kim tərəfindən işağl olunmasından daha çox, bu bölgədə barışıqsız sakitlik maraqlandırır. Amma bu, Azərbaycanın milli maraqlarına uyğun deyil. Beynəlxalq təsisatların fəlsəfəsində ölkələrin ərazi bütövlüyünün qorunması var. Belə olmayacaqsa, bizim üçün yersiz tövsiyələrin heç bir mənası yoxdur”.
Mübariz BAYRAMOV

Bu xəbər oxucular tərəfindən 967 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |