27.12.2011 [17:29] - Hərb
Bu il Azərbaycan Rusiyadan quru qoşunları üçün silah-sursat idxal edən ölkələr sırasında beşinci yeri tutub.
Bu barədə Dünya Silah Ticarəti Analiz Mərkəzinin baş direktoru İqor Korotçenko bildirib. Mərkəz Rusiyanın quru qoşunları üçün silah-sursat ixrac seqmentinin 10 reytinq cədvəlini hazırlayıb. Buraya 3 müqavilə və 7 təchizat üzrə proqram daxildir.
Bu ilin yayında Azərbaycan Rusiya lisenziyası əsasında AK-74M avtomatlarının sınaq partiyasının buraxılışına başlayıb. Bu avtomatların seriya istehsalına isə ilin son rübündə start verilib. Bununla bağlı “Rosoboroneksport”la imzalanmış müqavilənin müddəti 10 ildir. İstehsalın illik həcmi 120 min avtomat təşkil edə bilər. Rusiya tərəfdən bu müqavilənin əsas icraçısı “Konsern İjmaş” Açıq Səhmdar Cəmiyyətidir.

Bu xəbər oxucular tərəfindən 1532 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |