Şrift:
İranla 5+1 arasında nüvə danışıqları həssas mərhələyə çatıb
19.11.2014 [13:38] - Güney Azərbaycan xəbərləri, Siyasət
Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri noyabrın 17-də jurnalistlərə açıqlamasında Qərbin İranla apardığı nüvə danışıqlarının çox həssas mərhələyə çatdığını vurğulayıb.
Kerrinin açıqlaması 5+1 qrupunun (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) İranla son danışıqlarından bir gün əvvələ təsadüf edib. İranla Qərb arasında son nüvə danışıqları noyabrın 18-i Vyanada başlayır.

Məlumata görə, Kerri deyib: “Biz İranın atom proqramı ilə bağlı danışıqlarda çox həssas bir mərhələyə gəlib çatmışıq. Mən müzakirələrə qatılmaq üçün Vyanaya gedəcəyəm. Müzakirələrin bu həftə içində nəticə verəcəyinə ümid edirik. Lakin ağır qərarlar yalnız danışıqların sonunda qəbul ediləcək”.

Qərbin İranla apardığı nüvə danışıqlarının noyabrın 24-nə qədər nəticə verə biləcəyi gözlənir. Tehranla müzakirə aparan tərəflər, o sıradan da ABŞ hökuməti danışıqların vaxtının yenidən uzadılmasını istəmədiklərini bildiriblər.
Bu xəbər oxucular tərəfindən 1014 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed